Burak Yılmaz: "Bizə inananları utandırmamaq üçün bu yola çıxdıq"

img

29-01-2024 [00:14]


"Kayserispor"un baş məşqçisi təyin olunan Burak Yılmaz klubun təşkil elədiyi mərasimdə 2,5 illik müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Burak Yılmaz Kayseri komandasından ayrılan məşqçi Rəcəb Uçarın onun üçün çox dəyərli olduğunu bildirib. 

O, daha sonra deyib: "Ölkəmizin köklü klublarından olan "Kayserispor"un bizimlə addımlayıb uzun bir layihəyə addım atması çox dəyərlidir. Hər kəsə təşəkkür edirəm. Azarkeşlərin də həyəcanlı olduğunu bilirəm. Dünən o soyuqda gəlib məni qarşıladılar. Bu, mənə enerjini verdi. Bizə inananları utandırmamaq üçün bu yola çıxdıq. Sizdən dəstək gözləyirəm".

Burak Yılmaz  jurnalistlərədn birinin "Burak Yılmazla necə "Kayserispor"u izləyəcəyik", - sualına belə cavab verib: "Mən gənc, iddialı və enerjili məşqçiyəm. Bu, vərdişim futbolçu karyeramdan irəli gəlir. Çünki bir futbolçu kimi təslim olmayan, mübarizə aparan, mübarizədən qorxmayan karyeram olub. İnanıram ki, məşqçiliyim də belə olacaq. Qələbəyə yönəlmiş pozitiv futbol oynamaq istəyirik".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq