Rusiyanın qəzaya uğrayan təyyarəsindən xəbər var - 4 nəfər sağ-salamat tapılıb

img

22-01-2024 [00:02]


Rusiyanın Əfqanıstanda qəzaya uğrayan təyyarəsindən xəbər var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində qəzaya uğrayan Rusiyanın "Falcon 10" tipli təyyarəsinin pilotu da daxil olmaqla, 6 sərnişindən 4-ü sağ-salamat tapılıb.

Bu barədə açıqlama verən Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, qalan 2 nəfəribn axtarışı hələ də davam edir: "O iki nəfərinb sağ olub-olmaması bəlli deyil, axtarılş davam edir".

Xatırladaq ki, iki gün əvvəl Rusiyaya məxsus özəl təyyarəsi radarlardan itib. Daha sonra isə sərnişin təyyarəsinin Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində qəzaya uğradığı açıqlanıb. Bədəxşanın İnformasiya və Mədəniyyət Nazirliyi təyyarənin dağlıq əraziyə düşdüyünü qeyd etmişdi.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR