“Baku TV” Avropada yayımlanmağa başlayıb

img

19-01-2024 [13:20]


“Baku TV” arealını genişləndirir, yayım keyfiyyətini artırır.

Mia.az xəbər verir ki, kanal artıq Avropa ölkələrində də yayımlanır.

Getdikcə daha çox tamaşaçı “Baku TV”dən ən son xəbərləri, həmçinin analitik materialları və maraqlı müzakirələri asanlıqla izləmək imkanı qazanır.

"Kanalın siqnalının etibarlı və keyfiyyətli qəbulu miqyasını genişləndirmək “Baku TV” kollektivinin əsas vəzifələrindən biridir. Çalışırıq ki, Azərbaycanda informasiyaya ehtiyacı olan hər bir evə məlumat çatdıraq. Buna görə də yayım dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir", - qeyd olunub.

Qeyd edək ki, “Baku TV” həm Azərbaycanda, həm də beynəlxalq aləmdə baş verən xəbərlərin ən operativ, əsasən də ən etibarlı mənbəyidir.

“Azerspace” peyki ilə yayımlanan “Baku TV”ni Avropa, eləcə də Asiyada izləmək üçün tezlik məlumatlarını təqdim edirik:

Azerspace 1@46°E (Avropa), Tezlik: 11095, Simvol dərəcəsi: 30000, Qütbləşmə: H.
Azerspace 1@46°E (Asiya), Tezlik: 11135, Simvol dərəcəsi: 30000, Qütbləşmə: H.


Digər xəbərlər
SON XƏBƏRLƏR