Meksikada miqrant alveri: 4 ölkədən 726 nəfər xilas olunub

img

16-01-2024 [09:59]


Meksikanın mərkəzi Tlaxcala əyalətində anbarda saxlanılan 726 miqrant əməliyyatla azad olunublar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, polis ötən gün əyalətin San Antonio Cuaxomulco qəsəbəsindəki anbarda ağır şərtlər altında saxlanılan mühacirlərə qarşı əməliyyat keçirib: "Əməliyyatla 75-i uşaq olmaqla, 726 miqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Bununla yanaşı, insan alveri ilə məşğul olan 4 nəəfər də saxlanılıb.  Xilas olunan 726 nəfər əsasən Qvatemala, Honduras, Salvador və Nikaraqua vətəndaşlarıdır".

Məlumata görə, miqrantlar anbarda günlərdir ac-susuz, oksigensiz girov kimi saxlanılıb: "Onların arasınd abuna görə ölüm həddinə çatanlar var..."

Xəbərdə deyilir ki, həmin şəxsləri ABŞ-a getmək, orada işlə təmin etmək adı ilə aldadıblar.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA