London teraktında yaralananlar arasında azərbaycanlı var? - XİN-dən AÇIQLAMA

img

04-06-2017 [12:21]


Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.

Bu barədə Mia.az-a XİN-nin Mətbuat xidmətindən məlumat verilb. Məlumatda deyilir: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA