1000 nəfərin ölümünə səbəb olan təriqət lideri azadlığa buraxılacaq? - "Əgər 14 gün ərzində ittiham irəli sürülməzsə..."

img

10-01-2024 [00:05]


Keniyada yüzlərlə insanı aclıqda saxlayaraq öldürən təriqət lideri azadlığa buraxıla bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Keniyada 400-dən çox tərəfdarının ölümünə səbəb olan “aclıq təriqəti"nin lideri Pol Makkenzi iki həftə ərzində heç bir ittiham irəli sürülməzsə, azadlığa buraxılacaq.

Keniya mətbuatının yazdığına görə, Keniya Baş Prokurorluğu aylardır həbsdə olan Makkenziyə hələ də ölümlərlə bağlı ittiham irəli sürməyib.

Məhkəmə Mackenzie və onun 29 ortağına qarşı ittiham irəli sürmək üçün prokurorluğun 14 gün vaxtının olduğunu xatırladıb və heç bir ittiham irəli sürülməyəcəyi təqdirdə, həbs müddətinin yenidən uzadılmayacağını bəyan edib: "Yəni, təriqət lideri və silahdaşları sərbəst buraxılacaq".

Xatırladaq ki, təriqət liderininn təlimatı ilə aclığa başlayan azı 400 nəfərin öldüyü müəyyənləşib: "Əməliyyatlar zamanı 95 nəfər isə xilas edilib. Bundan sonra kütləvi ölümlərlə bağlı təriqət lideri və həyat yoldaşı Coys Mvikamba da daxil olmaqla, 29 nıəfər həbs edilib".

Bəzi iddialara görə, o, az 1000 nəfəri aclığa sürükləməklə ölümünə səbəb olub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR