Pakistanda peyvəndə görə terror: 6 polis həlak olub, 23 yaralı var

img

09-01-2024 [00:08]


Pakistanın Hayber Paxtunxva əyalətində polis məmurlarına bombalı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayber Paxtunxva əyalətinin Bajaur bölgəsində əhalini peyvənd edən tibb işçilərini qoruyan polis maşınına bombalı hücum təşkil edilib: "Nəticədə 6 polis həyatını itirib, 23 polis əməkdaşı isə yaralanıb".

Hücuma görə məsuliyyəti "Pakistan Talibanı" qruplaşması üzərinə götürüb

Bildirilib ki, poliomielit peyvəndinə qarşı amansız hücumları davam edəcək: "Bu peyvənd Qərb ölkələrinin uşaqları sterilizasiya etmək üçün istifadə etdiyi bir sui-qəsddir...”.

Pakistanın müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar hücumu şiddətlə qınayıb. O, peyvənd prosesinin davam edəəcyini bəyan edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR