Aygün Bəylər dəfn olunub (Yenilənib)

img

08-01-2024 [13:47]


Əməkdar artisti Aygün Bəylər (Hümmətova) dəfn olunub.

Mia.az xəbər verir ki, mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində A.Bəylərin ailə üzvləri, sənət adamları iştirak ediblər(Report).

Allah rəhmət eləsin!

***

Bu gün, yanvarın 8-də Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başlayıb.

Mia.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər.

Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Qeyd edək ki, Aygün Bəylər Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

***

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah - yanvarın 8-də saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Mia.az xəbıər verir ki, o, sabah  Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

***

Əməkdar artist Aygün Bəylərin cənazəsi  yanvarın 8-də Türkiyədən Azərbaycana gətirilib.

Mia.az xəbər veirr ki, artıq onun nəşi ailəsinə təhvil verilib.

Xatırladaq ki, müğənni dünən Ankarada vəfate dib.

Allah rəhmət eləsin!

***

Bu gün - 07.01.2024-cü ildə Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb.

Mia.az xəbər verir ki, xanəndənin sənət dostları bununla bağlı paylaşım edərək, Aygün Bəylərin vəfatından təsirləndiklərini ifadə ediblər.

Mədəniyyət Nazirlyindən "Report"a bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:

"Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək".

Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR