İsraildə iqtidardaxili gərginlik böyüyür - Netanyahu Mossad rəhbərini iclasa buraxmayıb

img

26-12-2023 [14:16]


Qəzza zolağındakı əsirlərlə bağlı siyasi gərginliyin ən yüksək səviyyədə olduğu İsraildə baş nazir Binyamin Netanyahu ilə Mossad rəhbəri David Barnea arasında "əsəb savaşı" böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Netanyahu ən azı iki dəfə Mossad rəhbəri Barneanın Qəzzadakı qarşıdurmalarla bağlı keçirilən iclaslara qatılmasını əngəlləyib.

Xəbərdə Netanyahunun müdafiə naziri Yaov Gallantın israilli girovlar məsələsini Mossad rəhbəri Barnea ilə müzakirə etməsinə mane olduğu da bildirilib.

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA