İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbsləri davam etdirir

img

21-12-2023 [13:56]


İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son sutkada daha 25 fələstinli saxlanılıb.

Bu barədə statistik məlumat yayan Fələstinli Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Fələstin Əsirlər İşləri Komitəsindən bildirilib ki, İsrail oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 4 min 655 nəfəri həbs eidb: "Onların çoxu saxlanılarkən döyülüblər. Hazırda bir çoxu çətin şərtlər altında, heç bir qanuni ittiham irəli sürülmədən İsrail həbsxanalarında saxlanılır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq