Netanyahu: "İki yolları var: ya təslim olun, ya ölün!" - "Cəhənnəm atəşi ilə hücumu davam etdirəcəyik"

img

21-12-2023 [09:54]


"Qəzza zolağında 75 gündür davam edən hücumu sona qədər davam etdirəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu deyib.

Onun sözlərinə görə, qətiyyən savaşı dayandırmayacaqlar: "Dayanacağımızı düşünənlərin reallıqla heç bir əlaqəsi yoxdur. Müharibəni sona qədər davam etdirəcəyik. HƏMAS aradan qaldırılana qədər, qələbə çalana qədər gedəcəyik. Dayanmayacağıq. Hədəfə, məqsəd qədər mübarizəmizi dayandırmayacağıq. HƏMAS-ın aradan qaldırılması, girovlarımızın azad edilməsi və Qəzza təhlükəsinin aradan qaldırılması bizim ana məqsədlərimizdir".

Netanyahu İsrail ordusunun Qəzzada dinc sakinləri hədəf alması barədə deyilənlərə isə belə cavab verib: "HƏMAS-a cəhənnəm atəşi ilə hücum edirik. Onların yalnız iki variantı var: ya təslim ol, ya da öl".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR