Türk qadın boşanmaya maşınını bəzəyib getdi: "Cəhənnəmə qədər yolun var" - FOTOLAR

img

14-12-2023 [15:49]


Türkiyənin Bursa şəhərində bir qadın boşanma məhkəməsinə gəlin maşını kimi bəzədiyi avtomobillə gedib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı Gülşən bəzədiyi maşına Osman adlı ərinə ünvanlı "“Osman, cəhənnəmə qədər yolun var" sözünü də yazdırıb.

Məlumata görə, onun şəhərdə hərəkət edən maşınına maraq həddən artıq olub: "Görənlər Gülşənə əl yelləyib, bəziləri isə onu alqışlayıb".

Xəbərdə deyilir ki, Gülşən məhkəməyə yollansa da, keçmiş əri gəlmədiyindən proses təxirə salınb.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR