Mikayıl Cabbarov Türkmənistana gedib - Açıqlama

img

28-11-2023 [12:35]


İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak edib.

Mia.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib: "İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olduq".


Digər xəbərlər
SON XƏBƏRLƏR