Türk deputatın oxuduğu mahnı 3 dəqiqə içində yayımdan qaldırıldı - Kanala isə 15 günlük yayım qadağası qoyuldu

img

24-11-2023 [10:14]


AK Partiya siyahısı ilə İstanbuldan deputat seçilən Yücel Arzen və amerikalı müğənni Della Miles eyniadlı bəstə ilə birlikdə türk və ingilis dillərində iki ayrı "Qüds İşğal Altında" mahnısını ifa ediblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, amerikalı müğənninin ifasından fərqli olaraq, türk deputatın oxuduğu mahnı cəmi 3 dəqiqə sonra YouTube tərəfindən silinib. Bununla yanaşı, mahnının yayımını təşkil edən "YouTube"dəki kanala 15 günlük yayım qadağası qoyulub.

Yücel Arzen bu barədə sosial media hesabında paylaşım edərək, mahnının türk versiyasının silindiyni təsdiqləyib: "Videonu sildilər. Deməli, doğru yoldayıq. Fikir verin, cəmi 3 dəqiqə çəkdi, 3 dəqiqə izlənməsinə belə dözəmmədilər. Yayımladığımız kanalı da 15 gün cəzalandırdılar”.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR