“Falçı deyib ki, “Bravo”ya basqının nəticəsi yaxşı olacaq” - Məhkəmə prosesi
15-11-2023 [20:17]
“Bravo” hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.
D.Qüdrətov əvvəlki iclasda sərbəst ifadə vermişdi. Onun həmin ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyətlər müəyyən edildiyinə görə əvvəlki ifadəsinin elan edilməsi uyğun görülüb.
Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.
D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və “Bravo”ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:
“Ruhlanla ilk tanışlığım tələbə vaxtı yaranıb. O da, mən də Peşə liseyində təhsil alırdıq. İkimiz də eyni qrupda oxuyurduq. Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq. Hücumla bağlı bizə əlavə maşın lazım idi. Ona görə də Azər Məmmədov da işə cəlb edildi. Azərin “BMW X5” markalı avtomobili var idi. Plana görə, Ruhlan hipermarketin mühafizəçisini, mən də inkasatorun sürücüsünü öldürməli idim. Plan yerinə yetirdikdən sonra da mən öz işimə, Azər də maşını ilə Qəbələyə getməli idi”.
D.Qüdrətovun məhkəmədə və ibtidai istintaqa verdiyi ifadələri arasındakı əsas ziddiyyətlərdən biri onun hücumda könüllü və ya hədə-qorxu ilə iştirakı məsələsidir. Hakim də məhz bu nüansa toxunub:
“Bundan əvvəlki iclasda dediz ki, Ruhlan sizə hədə-qorxu gəlib, deyib ki hücumda iştirak etməsən valideynlərini öldürəcək. Ona görə etməyə razı olmusuz. Amma istintaq dövründə 1 dəfə də belə bir söz deməmisiz. İndi hansı ifadənizə inanaq?”-deyə hakim soruşub.
Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən imtina edib, təzyiq altında dindirildiyini deyib:
“Mənə təzyiq göstərdilər, ona görə elə danışdım. Ona görə məhkəmədə dediklərimin əsas götürülməsini xahiş edirəm”.
Digər təqsirləndirilən şəxslər də ibtidai araşdırma dövründə təzyiq altında ifadə verdiklərini deyiblər.
Prokuror təqsirləndirilən şəxsin təzyiq altında dindirilməsini inandırıcı hesab etməyib:
“Sizə niyə təzyiq göstərsinlər ki? Hər şeyi rahat danışmısız. Hansı sözü sizdən almaq istəyiblər ki? Mən bunu başa düşmürəm”.
Azər Məmmədovun vəkili Pərviz Məmmədov isə təqsirləndirilən şəxsin müvəkkili ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq üçün ona bir neçə sual verib:
“İfadənizdə 23 dəfə Azərin adını çəkmisiz. Siz ümumiyyətlə Azəri tanıyırdız? Onun cinayətin təşkili ilə bağlı məsələlərdə rolu olubmu? Digər bir məsələ isə hadisədən sonra Azərin maşını ilə Qəbələyə qaçacağınızı demənizdir”.
Təqsirləndirilən şəxs Azərlə heç bir münasibətinin olmadığını, onun haqda Ruhlandan eşitdiyini deyib. O, A.Məmmədovun avtomobili ilə Qəbələyə qaçmaq istəmələri ilə bağlı dediklərini də təkzib edib.
Prosesin sonunda təqsirləndirilən şəxslərin təsyiq altında ifadə vermələri barədə iddialarının araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib.
Qərar Bakı İstintaq Təcridxanasına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluğa göndərilib.
Növbəti proses dekabrın 22-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.
MİA.AZ
Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO
İsa Qəmbərin 6 müavini bəlli oldu - Arif Hacılı Məclisin sədri, 13 nəfər isə Divan üzvü seçildi (SİYAHI)
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda - “Ağalı” hotelinin açılışı oldu, yeni kənd və qəsəbələrin təməli qoyuldu (Yenilənib)
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
GENERAL KOMANDAN TƏYİN OLUNUB - MN-də daha bir dəyişiklik
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir - FOTOLAR
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Dövlət Agentliyində israfçılıq: iki mərtəbəli binanın təmirinə 607 min manat xərclənəcək
YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrailin daha bir hərbçisi həlak olub
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."
Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
Belarus Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR
Vaqif Səmədoğlu 85 illik yubileyinə həsr edilmiş müsabiqə: finalçılar bəlli olub - SİYAHI
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - FOTOLAR
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama
SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar
Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında
Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
Sergen Yalçın "Beşiktaş"a 3 şərt qoydu: "9 oyunçu getməli və..."
Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub: "İstintaqa könüllü təslim olub, məhkəmədə də deyib ki..."
SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qadın saxlanılıb? - Vəkli danışdı (Yenilənib)
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Fransa Yeni Kaledoniyadakı hava limanının qarşısına ordu yeridib - Uşuşlar ləğv olunub
Pakistanda qızlar məktəbinə bomba atılıb
DEPUTATLAR TOPLANIR: daha 11 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin komitəsi bəyanat yayıb - Səbəb
İlham Əliyev Tokayevə zəng edib
İsraildən Türkiyənin embarqosuna cavab gəldi: sərbəst ticarət dayandırıldı - Ərdoğana açıq mesaj verildi
Nazir bahalı xidməti maşınından imtina elədi: "Məcbur qalmadıqca əlavə heç nə alınmayacaq"
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Fransa polisi sinaqoqu yandırmaq istəyən şəxsi öldürüb - Açıqlama
Sabah leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Yeni nazirdən daha bir maraqlı dəyişiklik - Abid Şərifovun kürəkəni rəsi vəzifəsindən çıxarıldı
Rəsmi Bakıdan bəyanat: "Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir, əks təqdirdə..."
ABŞ 3 şirkətə sanksiya tətbiq edib - Şimali Koreya və Rusiyaya görə