Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

13-11-2023 [00:01]


Qoç - köhnə problemlər yenidən gündəmə gələ bilər. Yaranan suallara cavab tapmaq asan deyil. Yanlış nəticələr çıxarmayın. Əslində bir-birinə əsla bənzəməyən situasiyalar arasında analogiyalar aparmayın. Yaşam təcrübənizə bel bağlamayın, çünki o, yaxşı köməkçi deyil. Günün ikinci yarısında bəzi problemlərin öhdəsindən gələ bilmədiyinizi anlayacaqsınız. Yaxın ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Yanlışlığa yol verən, səhv edənə qarşı qəddar olmayın. Axşam saatlarında əhvalınız yaxşılaşacaq.

Buğa - intuisiyanıza güvənin. Peşəkar fəaliyyətdə və şəxsi münasibətlərdə hissləriniz sizi aldatmayacaq, yaxşı məsləhətçi olacaq. Gələcəklə bağlı planları tələsik qurmayın. Ehtiyatlı olun. Çatılması çətin olan hədəfləri ehtiyatla müəyyənləşdirin. İkinci dərəcəli məsələlərdə aza qane olun.

Günün ikinci yarısında ailənin maraqları ön plana çıxacaq. Həmin maraqların təmin olunması üçün öz mənafeyinizi hələlik unudun. Baş verənləri ciddi itki kimi qəbul etməyin. Az sonra işləriniz sürətlə irəliləyəcək.

Əkizlər - işlər və maliyyə məsələləri üçün əlverişli gündür. Diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizi anlamağa çalışırlar. Önəmli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Dəvət aldığınız tədbirə qatılın. Sınaq və imtahan üçün əlverişli gündür.

Ailədə anlaşılmazlıq yaranacaq. Bu səbəbdən mübahisələrə qatılmayın. Yaxınlarınız incik, emosional, hisslərə qapılmış vəziyyətdədir. Axşam saatlarında maraqlı ideya yaranacaq.

Xərçəng - bir çox işin öhdəsindən gələ bilərsiniz. Amma köməkçi və ya sizə dəstək ola biləcək insana ehtiyacınız var. İndiyədək uğurla çalışdığınız insanlar cari fəaliyyət ritminə alışa bilmirlər. Daha enerjili, qətiyyətli və usanmaz yardımçıya ehtiyacınız var. Maliyyə məsələləri ilə bağlı danışıqlar uğurla başa çatacaq.

Şəxsi münasibətlər harmonik məcradadır. Sevdiyiniz insanın hisslərinə şübhə etməyin, qısqanc olmayın. Kiçik problemləri ürəyinizə salmayın. Gün problemsiz olmayacaq. Fəqət ciddi nigaranlıq və ya əndişəyə səbəb yoxdur.

Şir - maliyyə məsələlərində uğur vəd edən gündür. Pul əldə etmək, sərfəli və mənfəətli anlaşmaya nail olmaq ehtimalı var. İşlərdə uğur olacaq. Nüfuzlu insanın dəstəyini qazanacaq, ya da fəndgir və ya hiyləgər insanı öz tərəfinizə çəkəcəksiniz. Dostlarla görüş sizi sevindirəcək. Yaxınlarla münasibətlərdə problemlər yaranmayacaq. Kiçik məişət problemləri istisna deyil. Təmirə və ya geniş miqyaslı layihəyə başlayacaq halda deyilsiniz. Usanacaqsınız, əhvalınız pozulacaq.

Qız - peşəkar fəaliyyət müstəvisində fikir ayrılıqları ola bilər. İşdə rəhbərliklə mübahisə istisna deyil. Problemləri həll etmək üçün güzəştə getməyi bacarın. Belə olarsa, yaşanan olayların sizin üçün pis nəticələri olmayacaq. İşgüzar tərəfdaşlardan biri ilə ixtilaf ola bilər. Mövqeyizi qorumaq asan olmasa da, bu işin öhdəsindən gələcəksiniz.

Günün ikinci yarısında işlə yanaşı, ailə üzvlərinin qayğılarını da ön planda tutun. Axşam saatlarında dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyət üçün vaxt tapın. Son vaxtlar sizi narahat edən istənilən problemi müzakirə edərək onun çözüm yollarını aramaq olar.

Tərəzi - ünsiyyət, münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün əla gündür. Yaxın ətrafınızdakı insanları da işə cəlb edin. Layihə və ya planın daha tez reallaşdırılması üçün tərəfdaş arayın.

Təzyiq və ya sərt təsirə əl atmayın. İşdə karyera inkişafının perspektivlərini müzakirə etmək üçün rəhbərliklə danışıqlar apara bilərsiniz. Məqsədinizə çatmağa çalışın.

Şəxsi münasibətlərdə riskli eksperimentlərə əl atmayın. Ekstravaqant addımlardan çəkinin. Həmişəkindən daha çox sentimental olmayın, hisslərə qapılmayın. Axşam saatları problemsiz keçəcək.

Əqrəb - asan və sadə gün deyil. Əvvəlki günlərdən fərqli olaraq, ətrafınızdakı insanlar sizə daha çox təsir və təzyiq göstərməyə çalışırlar. Az qala istənilən ünsiyyət emosional sınağa çevrilir. Diqqətli və həssas olun, yaxınlarınızla kobud davranmayın. İstəmədən kimsənin xətrinə dəyməyin. Alış-veriş vasitəsilə əhvalınızı yaxşılaşdırmağa çalışmayın. Boş yerə pul xərcləyəcəksiniz. Yaxınlarınızdan mənəvi dəstək ala bilərsiniz. Bir şərtlə ki, sizi narahat edən məsələlərdən onları əyan edəsiniz.

Oxatan - mənfi təmayüllərin təsiri güclü olacaq. Yanlış təsəvvürlərin köləsi olmayın. Əks halda səhv nəticələr hasil edəcəksiniz. Önəmli qərarlar, mühüm işlər, yeni layihəyə başlamaq üçün münasib gün deyil. Yaşlı qohumlarla fikir ayrılıqları yarana bilər.  Günün ikinci yarısında dəqiq, səliqəli olun. Xırdalıqlara varın. Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Dostlarla təmasları unutmayın.

Oğlaq - ətrafınızda baş verənlər xoşunuza gəlmir. Qıcıqlanmayın, stressə qapılıb güclü emosiyaların təsiri altına düşməyin. Vəziyyəti yaxşılaşdırmaq mümkündür. Sizə rəğbət bəsləyən insandan dəstək alacaqsınız. Qəfil etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunmasına ehtiyac duyulan məsələlər var. Di gəl, günün ikinci yarısı önəmli söhbətlər üçün düşərli zaman deyil. Yalnız aktual və təxirəsalınmaz məsələləri nəzərdən keçirin.

Dolça - təmkinli, soyuqqanlı, sakit olsanız, çətin situasiyaların öhdəsindən gələ biləcəksiniz. Nüfuzlu insanla təmaslarda diqqətli olun. Birgə fəaliyyətə uzun müddətdən bəri mane olan münaqişələri nizamlayın. Bəzi unudulmuş layihələri yada salmaq olar. Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Sevdiyiniz insanların hisslərinə şübhə etməyin. O, sizdən heç nə gizlətmir, mühüm xəbəri deməyə hazırlaşır. Açıq söhbət durumu dəyişərdi, di gəl belə söhbətə necə başlamağı bilmirsiniz.

Balıqlar - günün emosional fonu əlverişli deyil. Yaşananlardan asılı olmayaraq narazısınız. Özünüzü aldanmış hiss edə bilərsiniz. Yaxınlarınızın əməlləri sizi təəssüfləndirir. Məsləhət verəndə sizə qulaq asmaq istəmirlər. Böyük maraqla görmək istədiyiniz işləri başqalarına həvalə etmək məcburiyyətindəsiniz. Özünüz isə çox darıxdırıcı təsir bağışlayan işlərlə məşğulsunuz. Mühüm məqamları diqqətsiz qoymayın, detalları unutmayın. Günün ikinci yarısında istənilən izafiliklər zərərlidir. "Bu qədər bəsdir" sözlərini unutmayın. Axşam saatlarında normal istirahət edin. 

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR