Musiqi Forumunun ikinci günü başlayıb

img

30-10-2023 [11:21]


Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü başlayıb.

Mia.az xəbər verir ki, tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

Forumun ikinci günündə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları və bu kimi digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 29-da "Gülüstan" Sarayında tədbirin açılış mərasimi keçirilib. Forum oktyabrın 31-də başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR