“Miss Azərbaycan 2019”un qalibi: "Kişiləri heç vaxt ətrafıma buraxa bilmirəm"

img

27-10-2023 [17:16]


Hər zaman qalmaqallı açıqlamaları və hərəkətləri ilə gündəmə gələn “Miss Azərbaycan 2019” yarışmasının qalibi, model Səmra Hüseynova sosial şəbəkə hesabında maraqlı açıqlama verib.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, o, kişilərə nifrət etdiyini, bunun da uşaqlıq travmalarından qaynaqlandığını söyləyib.

“Xoşbəxt olmayan ailədə dünyaya göz açmışam. Evdə hər gün dava olurdu. Məndə kişilərə qarşı nifrət var. Problem yaşayıram. Kişiləri heç vaxt ətrafıma buraxa bilmirəm. Düşünürəm ki, mənə xəyanət edə bilər, məni incidər.

Xəyal qurmuşdum ki, mənim 30 yaşım olacaq, anamla tək yaşayacağıq və mən ərdə olmayacağam. Hazırda da onu yaşayıram. Psixoloji problemlər yaşadığım üçün, istəmirəm ki, məndən sonra övladım da mənim yaşadıqlarımı yaşasın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq