Belaruslu gənc qızdan İstanbulda şok hərəkət - Meydanda "yaxşı ər axtarıram" plakatı ilə gəzdi (FOTO)

img

24-10-2023 [00:34]


İstanbulun məşhgur meydanı olan Taksimdə Belarusdan olan gənc bir qadın ötən gün "ər axtarıram" yazılmış plakatla dolaşmağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Taksimdən İstiklal küçəsi ilə hərəkətdə olan gənc qadını görən vətəndaşlar və turistlər onunla şəkil çəkdirib, ona suallar ünvanlayıblar.

Adının Polina Litvinova olduğunu deyən 19 yaşlı qız "instagram"dakı hesabını da plakata yazıb.

O bildirib ki, bu, bir zarafat deyil: "Gerçəkdən mənə sahib çıxacaq, təhlükəsizliyimi qoruyacaq ər axtarıram. Bir çox insan niyə belə bir hərəkət etdiyimi soruşur. Əlbəttə, belə çox diqqət çəkirəm, amma dediyim kmi, mənə qayğı göstərəcək və təhlükəsizliyimi təmin edəcək yaxşı bir insan axtarıram. Hal-hazırda sənə cinsi obyekt kimi baxmayan adam tapmaq doğrudan çətindir. Açığı, mən yaxşı adamı necə tapacağımı da bilmirəm. Başqa üsul, yol varmı? Varsa, deyin. Mən səmimi şəkildə evlənəcək adam axtarıram. Ümid edirəm ki, bu çabalarım nəticə verəcək".

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq