Füzuli rayon Mərkəzi Xəstəxanasının tenderi ləğv olunub

img

16-10-2023 [18:01]


“Füzuli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Mia.az yeniavaz.com-a istinadla xəbər verir ki, hər tender müsabiqəsinin nəticəsi “Dövlət satınalmalar haqqınada” Azərbaycan Respublikası Qanununun 11.2 maddəsinə əsasən etibarsız hesab olunub.

Qeyd edək ki, bu maddə tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmədən bəhs edir.

Araşdırma zamanı məlum olub ki, tenderdə iştirak edən “Gülay 2012" MMC-nin və "Private Life" MMC eyni şəxsə məxsus olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR