"Fauda" serialının aktyoru İsrail ordusuna qatılıb: "Ailəmizi, uşaqlarımızı qoruyacağıq" - FOTOLAR

img

13-10-2023 [10:47]


İsrail və Fələstin arasındakı gərginlikdən bəhs edən və "Netflix"də yayımlanan məşhur "Fauda" serialında rol alan kürd əsilli gənc aktyor İdan Amedi İsrail ordusuna qatılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədəo, İnstagram-dakı hesabında məlumat paylaşıb.

Serialda İsrail casus qrupunun üzvü obrazını canlandıran aktyor bildirib ki, "WhatsApp"ı açandann orada xeyli mesajlar görüb: "Hamınıza xəbər verirəm ki, yaxşıyıq. Şənbə günündən bəri buradayıq, Yuxsuz çox qalıram, ancaq ruhumuz çox yüksəkdir. Niyə burada olduğumuzu bilirik. Biz ailəmizi və uşaqlarımızı qoruyuruq.

On ildən artıqdır ki, mən hərbi fikirli çıxışlar etmirəm. Ona görə də ətraflı danışmayacağam, sadəcə olaraq bu çətin günlərdə bütün İsrailə sadə sözlərlə deyəcəyəm: Biz qalib gələcəyik. İsrail xalqına və əsgərlərə salam olsun. Bu, "Fauda"dan bir səhnə deyil, bu, real savaşdır. Uşaqlarımızı qorumaq üçün buradayıq, qalib gələnə qədər dayanmayacağıq. Gəlin qalib gələk".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR