Müğənninn konsertində tamaşaçı qadının başına dəmir düşdü, qulağı kar oldu - 400 minlik təzminat qalmaqallı

img

06-10-2023 [10:09]


İyul ayında türkiyəli müğənni Gökselin İstanbuldakı konsertinə gedən 33 yaşlı Selin Gülün atəşfəşanlığın olduğu platformadan başına dəmir parçası düşüb. 

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, bu barədə 33 yaşlı idman müəlliməsinin özü açıqlamalar verib.

Onun sözlərinə görə, qəzadan sonra sol qulağında yüzdə 65 karlaşma yaranıb: "Uzun müalicə yolu keçdim, ancaq xeyri olmadı. Sol qulağım 65 faiz eşitmir. O vaxtdan ta indiyədək müğənni və konsertin təşkilatçıları ilə vəkilim və özüm təmasda oldum. Lakin hadisənin üstündən aylar ötsə də, bir dəfə də olsun nə səhhətimlə, nə də çəkdiyim xərclərlə maraqlandılar. Hansı ki, onlara çox dedik ki, müalicə xərclərini qarşlayın, məsələ bitsin. Amma o bunun, bu da onun üstə ataraq aradan çıxdılar. Halbuki, ilk günləri müğənninin meneceri xərclərin qarşılanacağını dedi. Lakin sonradan bu sözün üstdən qaçmaq bir yana, hətta vəkilimi belə təhdid etməyə başladılar. O səbəbdən mən də bunlar barədə məhkəmədə iddia qaldırdım. 400 min lirəlik mənəvi təzminat və çəkdiyim  xərcləri tələb edirəm".

Xatırlkadaq ki, müğənni Gökselin 2023-cü il iyulun 7-də keçirilən konsertinə fişənglərin olduğu platformadan qəza olub. Hadisə nəticəsində 33 yaşlı idman təlimatçısı Selin Gülün başına dəmir parçası düşüb, digər qadın isə əlində xəsarət alıb.

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq