Azərbaycan Beynəlxalq Radiosuna Qarabağda yayım üçün lisenziya verilib

img

03-10-2023 [17:14]


Azərbaycan Beynəlxalq Radiosuna Qarabağda yayım üçün lisenziya verilib.

Mia.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın növbədənkənar iclasında qərar qəbul edilib.

Bildirilib ki, Audiovizual Şura Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərar qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR