Türkiyəli müğənni milyarder hindin 500 milyon dollarlıq gəmisində konsert verib - FOTOLAR

img

03-10-2023 [09:44]


Mahnıları və güclü səsi ilə geniş pərəstişkarı olan türkiyəli müğənni Burcu Günəş İstanbulda lövbər salan hindistanlı milyarder Ravi Ruia və ailəsinin dəbdəbəli gəmisində xüsusi qonaq olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Ravi Ruianın həyat yoldaşı Madhunun ad günü ilə bağlı təşkil olunan şənlikdə xeyli mahnı ifa edib.

Bu barədə müğənni "İnstagram"dakı səhifəsində fotolar yayıb.

Məlumata görə, hindistanlı milyarder Ravi Ruia ötən il yaxtası ilə Bodrum və Göcek körfəzlərinə gəlib. Körfəzləri gəzdikdən sonra İstanbula gələn ailə burada lövbər salan 500 milyon dollarlıq gəmidə yaşayırlar.

Ləman

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq