Türk müğənni mafiyanın onu öldürmək istədiyini bəyan etdi: "Mənə bir şey olsa, Engin və Dilan Polat məsuliyyət daşıyır"

img

27-09-2023 [00:07]


Haqqında çirkli pulların yuyulması və sair kimi çoxsaylı ittihamlar səsləndirilən Türkiyədəki gözəllik salonu şəbəkəsinə sahibləri -  Dilan Polat və Engin Polat cütlüyü bu dəfə sifarişli sui-qəsdlərdə ittiham olunur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə türk müğənni Banu Parlak xüsusi həyəcan dolu açıqlama yayıb.

O, ölkə polisiinə üz tutaraq bu günlərdə ayağından güllələnən bir gəncin sözləri ilə bağlı araşdırma aparılmasını tələb edib:

"Məlumunuzdur ki, müxtəlif cinayətlərdə ittiham olunan və şirkətləri və mal varlıqları ilə bağlı qalmaqallarda adlaır tez-tez hallanan Dilan Polat və Engin Polat haqqında bir gəncin videosu yayılıb. O gənc deyir ki, sənətçi Banu Parlakı, yən məni və bir neçə nəfəri güllələmək üçün qatil tutublar. Lakin o, bundan imtina etdiyi üçün onu uşaqlarının gözü önündə ayağında vurublar".
 
İki il əvvəl Dilan Polatla yaşadığı insidentə görə məhkəməyə verildiyini deyən sənətçi Banu Parlak daha sonra deyib: “2 il əvvələ qədər Dilan Polatla aramızda olan düşmənçiliyin sona yetdiyini düşündürdüm. O vaxt bu adamlar mən təhdid elədilər ki, bizim gözəllik mərkəzimiz olduğu halda, sən niyə belə mərkəz açırsan? Həmin vaxtdan bunlar mənimlə düşmənçilik aparırlar. Əgər başıma bir iş gəlsə, bilin, mənim Engin və Dilan Polat ər-arvadları məsuldur".

Firudun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq