"Sədərək"də yolu kəsib pul alanlar kimdir? - Mətbuat katibi qanunsuzluğa haqq qazandırır, ekspertlər isə... (VİDEO)
21-09-2023 [13:46]
“Sədərək” Ticarət Mərkəzi ölkəmizdəki ən böyük ticarət mərkəzlərindən biridir. Bu ticarət mərkəzinə hər gün yüzlərlə avtomobil daxil olur.
Bu avtomobillər həm ticarət mərkəzindəki satıcılara, həm də alış-veriş etməyə gələnlərə aiddir. Onlar ticarət mərkəzindən çıxarkən isə müəyyən “postlardan” keçərək, ödəniş etməli olurlar. Biz də ticarət mərkəzinə baş çəkdik. Ödənişin alınması prosesini görüb, əyani göstərmək üçün qeydə aldıq. Ödəniş edərkən hansısa qəbzin verilmədiyinin şahidi olduq.
Buradan belə nəticəyə gəlmək olar ki, qəbzi almaq üçün mütləq onu əməkdaşdan tələb etmək lazımdır, əks halda heç bir qəbz verilməyəcək. Bu da alınan pullara görə verginin ödənilib-ödənilmədiyini sual altında qoyur.
Vəziyyətlə bağlı ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimlə bu hərəkətlərinə haqq qazandırıb.
Kəmaləddin Qədimin müdafiə etdiyi bu fəaliyyət bəs görəsən nə qədər qanunidir?
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, adıçəkilən ticarət mərkəzində pul yığılması tamamilə qanunsuzdur.
Onun sözlərinə görə, burada ödənişin nə məqsədlə edildiyi bəlli deyil.
Dövlət Vergi Xidmətindən isə bildirildi ki, “Sədərək” və bu kimi digər ticarət obyektlərində aparılmış dürüstləşdirmə tədbirləri nəticəsində bütün obyektlər vergi uçotuna qoyulub, hamısında kassa aparatları tətbiq edilib. Vətəndaşlar hər hansı bir şəraitdə onlara qəbz təqdim edilməməsi ilə rastlaşarlarsa, Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə, yaxud müvafiq vergi orqanlarına müraciət edə bilərlər.
Hüquqşünas Emil Aslanov qeyd edir ki, Vergilər Məcəlləsinə görə sözügedən hallara yol verənləri cərimə gözləyir. Belə ki, onlar min manatdan 6 min manata qədər cərimə oluna bilər.
Bəli, kimsə hansısa fəaliyyətlə məşğul olmaq istəyirsə, bunu qanuni şəkildə həyata keçirməlidir. Əks təqdirdə mütləq cəzasını alacaq(APA TV).
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var