Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

img

17-09-2023 [21:01]


Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir k, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR