Şirvan şəhərində yeni tədris ilinə başlanılıb - FOTOLAR
15-09-2023 [18:55]
Yeni tədris ilinin başlanması münasibətilə Şirvan şəhərinin ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Mia.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 10 nömrəli tam orta məktəbdə keçirilən “Bilik günü”nə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilib.
Öncə Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Aqil Bəşirov, şəhər 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Gülmira Məmmədova çıxış edərək, ötən dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yeni tədris ilində şəhər təhsil ictimaiyyətini, məktəbin müəllim və şagird kollektivini, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri “Bilik günü” münasibətilə təbrik edərək, uğurlar arzulayıb. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən danışaraq bildirib ki, Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan təhsilinin inkişafındakı tarixi xidmətlərindən danışıb.
Ümumtəhsil müəssisələrində vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsində gənclərimizin könüllü olaraq ordu sıralarına yazıldığını, vətənimizin ərazi bütövlüyünün müdafiəsinə şərəf və ləyaqətlə xidmət etdiyini bildirib. Ölkə başçısı, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu”nda birləşərək, müstəqilliyimizin əbədi, ərazi bütövlüyümüzün daimi olacağına və şəhidlərimizin qisasının alındığına əmin olduğunu ifadə edib. Şəhidlərimizin əziz xatirəsinin daim hörmət və ehtiramla yad edildiyini vurğulayıb, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyib, şagirdlərlə həmsöhbət olub.
Qeyd edək ki, respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Şirvan şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb