Bakıda məşhur həkimin icarəyə verdiyi hotel əxlaqsızlıq yuvası imiş...
14-09-2023 [15:59]
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən "Santafe Beach" hoteldə əməliyyat keçirib.
Qaynarinfo-nun məlumatına görə, "Santafe Beach" hotelinin icarədarı, 1977-ci ildə Göyçay rayonunda doğulmuş Gürcüstan Respublikası vətəndaşı Fəqan Salmanov saxlanılıb.
Aparılan araşdırma zamanı Fəqan Salmanovun 19 iyul 2018-ci il tarixdə icarəyə götürdüyü hoteldə otaqları çarpayı və yataq dəsti ilə təchiz edib, bundan sonra şəxsiyyəti istintaqa məlum olan və olmayan qadınların burda fahişəliklə məşğul olmasına şərait yaradıb. Bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib.
Fəqan Salmanov məhkəmədə ifadəsində bildrib ki, hoteli Kənan Əhmədovdan icarəyə götürüb. O, həmçinin deyib ki, Kənan Əhmədovun sahibi olduğu digər obyekti - otelin altında yerləşən "Texas” gecə klubunu da icarəyə götürərək işlədib.
Təqsirləndirilən şəxs "Texas”ı icarəyə götürdükdən sonra qərara gəlib ki, klubda tanış olan kişi və qadınlara oteldə cinsi əlaqədə olmaları üçün şərait yaradıb. Bu yolla yaxşı qazanc əldə edə biləcəyini düşünüb. Gecə klubundan kənar müştərilər də otelə gəlib, onlara da "xidmət" göstərilib. O, 2018-ci ilin iyul ayından 2023-cü ilin fevral ayına kimi otelin otaqlarını müştərilərə 3-4 saat üçün 20 manata icarəyə verib.
Elnarə adlı qadın ifadə verərək bildirib ki, Fəqan Salmanovu təxminən 2023-cü ilin yanvar ayından tanıyıb. Yanvar ayının əvvəllərində hazırda tanımadığı tanışları ilə birlikdə olduğu zaman həmin şəxslər bildirib ki, Türkan qəsəbəsində "Texas” adlı gecə klubu var və oraya yaxşı, imkanlı müştərilər gəlir. Həmçinin elə gecə klubun üzərində də "Santafe Beach” adlı otel vardır. Otelin sahibi həmin klubda tanış olan qadın və kişilərə oteldə cinsi əlaqədə olmaları üçün yaxşı şərait yaradır. Bundan sonra o, qərara gəlib ki, həmin kluba gedib orada tanış olduğu müştərilərlə elə həmin oteldə görüşsün. O, həmin klubda Türkan adlı qadınla tanış olub və aralarında yaxşı münasibət yaranıb. Türkan da onun kimi fahişəliklə məşğul olub. Məhkəmədə fahişəliklə məşğul olan digər qadınlar da oxşar ifadələr veriblər.
Məhkəmənin qərarı ilə Fəqan Salmanov Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə ictimai və iaşə obyektlərinin fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3500 manat miqdarında cərimə olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2016-cı ildə də sözügedən oteldə əməliyyat keçirilib. Hotelin sahibi Kənan Əhmədovun Bakı və Abşeronda da digər bu kimi obyektləri var. Həkim-uroloq kimi tanınan Kənan Əhmədov həmçinin "Cahargah" hotelin də sahibidir(Musavat.com).
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb