Nigerdə Fransa səfiri ilə bağlı gərginlik: səfirlik binasının mühafizəsi gücləndirildi - Döyüş olacaq? 

img

28-08-2023 [10:26]


Nigerin qiyamçı iqtidarının Fransanın səfirliyinə verdiyi "48 saata ölkəni tərk edin" notasının vaxtı bitib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, notanın müddəti ötsə də, səfir nəinki ölkəni tərk edib, əksinə, paytaxt Niameydəki səfirliyin ətrafında təhlükəsizlik çəmbəri daha da gücləndirilib.

Məlumata görə, Nigerdəki Fransasız ordusu səfirliyin həndəvərini mühasirəyə alaraq, heç kəsə bölgəyə yaxınlaşmağa icazə verilmir. 

Fransanən Nigerdəki hərbi komandanlığı Nigerin qiyamçı rejiminin qərarını tanımadığını və səfirin Nigerdə ​​qalacağını bəyan edib.

Məlumata görə, səfirlik ətrafındakı fransız hərbçilərlə döyüşdən yayınan xunta rejimi səfirlik binasına gedən elektrik və suyu kəsəsəyini bəyan edib.

Xəbərdə deyilir ki, Nigerin Fransanın Niameydəki səfiri Slyvain Itte hazırda Nigerdədir, ancaq o və s\əfirliyin əməkdaşlarnın ailə üzvləri ölkədən çıxarılıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq