İsrailli nazirlə görüşən XİN başçısı vəzifəsindən azad olundu: "Cinayət işi açılıb"

img

29-08-2023 [00:03]


İtaliyanın paytaxtı Romada Liviyanın xarici işlər naziri Necla əl-Menquşun İsrailin xarici işlər naziri Eli Koenlə görüşü ölkəni ayağa qaldırıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, etirazlardan sonra Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Necla əl-Menquşu vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə açıqlama yayan Liviya Milli Birlik Hökumətinin məlumatına görə, Liviyanın xarici işlər naziri Necla əl-Menquşun haqqında cinayət işi açılıb: "İstintaq başlayıb".

Xatırladaq ki, Liviya İsraili dövlət kimi tanımır və Tel-Əvivlə diplomatik əlaqələri yoxdur. 

Liviyada İsrailə səfər etmək, bu dövlətlə münasibət qurmaq qanunla qadağandır.

Onu da qeyd edək ki, Menquşun İsrail xarici işlər naziri ilə görüşündən sonra paytaxt Tripolinin şərqindəki Tajura bölgəsi, Zaviyə və Beni Vəlid şəhərlərində etiraz aksiyaları keçirilib, Beni Vəliddə isə İsrail bayrağı yandırılıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq