Baş məşqçi oyundan sonra ağladı: "Klub bataqlıq içindədir..."

img

14-08-2023 [00:20]


"Qalatasaray"la 0-0 hesablı bərabərlikdən sonra xciddi maliyyə böhranı içində çabalayan "Kayserispor"un baş məşqisi Çağdaş Atan azarkeşlərin alqışlarından duyğulanaraq ağlayıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, oyun bitdikdən dərhal sonra yüzlərlə azarkeş Baş məqşiyə xitabən dayanmadan "Kayseri səninlə fəxr edir" şüarları səsləndirib. 

Bundan çox təsirlənən Atan göz yaşlarını saxlaya bilməyib.

Çağdaş Atan matçdan sonra deyib ki, "Qalatasaray" kimi böyük komanda ilə oyundanbu nəticə ilə ayrılmaq asan deyil: "Buraxın transferləri, hazırkı vəziyyətimiz belə bataqlığı xatırladır. "Kayserispor" azarkeşləri sağ olsun, mənə çox dəstək oldular. Çox sağ olun. Təslim olmamağa çalışırıq. Klub olaraq bataqlığa düşmüşük. Yenə sağ olsun, rəbərlik və şəhərin öndə gedənlər, ip atıb bizi buradan çıxarmağa çalışırlar".

Xatırladaq ki, "Kayserispor"un əss oyunşiları zədəli olduğundan komanda "Qalatasaray"la oyuna təcrübəsiz futbolçularla çıxıb. Bundan başqa ciddi maliyyə böhranı işində olan klub borclara görə transfer də həyata keçirə bilmir. 

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq