Şahin Şıxlınskiyə hökm martda oxunacaq

img

17-02-2026 [14:35]


Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlınskiyə hökm martda oxunacaq.

Mia.az Report-a istinadla xəbər verir ki, Rusiyada dövlət ittihamçısı Uraldakı Azərbaycan diasporunun iki cinayətdə ittiham olunan keçmiş lideri Şahin Şıxlınskinin 23 il müddətinə həbsini tələb edib.

Şıxlınski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların 13, Şücaəddin Rəcəbovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA