Rumıniyadakı səfirimiz danışdı: diplomatiyada görünən və görünməyən tərəflər
SİYASƏT
16.02.2026, 21:38
“Vəzifə yox, Vətən” – Qüdsi Osmanovdan yubiley müsahibəsi
***
Bu gün Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun doğum günüdür. Dəyərli diplomatımızın 60 yaşı tamam olur. Qüdsi bəyi arayıb, onunla yubiley təəssüratlarını bölüşməsini arzuladıq və mətbuata açıq diplomatlarımızdan biri kimi, sözümüzü yerə salmadı, suallarımızı cavablandırdı.
- Qüdsi bəy, bir diplomat ömründə 60 yaş nə deməkdir?
- Sözün düzü, heç nə. Çünki bizim qulluğumuz dövlətimizə, Ali Baş Komandana, Prezidentədir. Öncə Ulu Öndərin xidmətində olmuşam, 26 yaşında onun sərəncamı ilə təyin olunan diplomatam. Məni çox yüksək vəzifəyə təyin etmişdi. Vəd vermişdim ki, ona xidmət edəcəyəm və axıra kimi də xidmət etdim. Çünki ölkənin dahi rəhbərinə, xalqın liderinə xidmət etmək elə Vətənə xidmət deməkdir. İndi isə onun varisi, xalqımızın lideri, ölkəmizin başçısı, qəhrəman Ali Baş Komandan, müzəffər Prezidentimiz, torpaqlarımızı, şərəfimizi bizə qaytaran dövlətimizin başçısına xidmət edirəm… İndi bütün soydaşlarımız kimi, biz diplomatlar da hamı ilə görüşəndə üzü ağ danışırıq. Mən bunu Rumıniyada görürəm. İnanın, and olsun şərəfimizə, mənim sözlərimi rumın rəhbərləri, rumın senatorları, deputatları deyirlər ki, kaş bizim də sizin lideriniz kimi liderimiz olardı. Mən belə bir liderin rəhbərliyi altında dövlətimə xidmət etməklə şərəf duyuram. Biz gəlib gedəcəyik, Vətən qalacaq. Amma Vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən insanların firavan yaşaması, asayişin təminatı bunların hamısı bizim Prezidentimizdən asılıdır. Prezidentimizin, Birinci vitse-prezidentimizin — Mehriban xanımın rəhbərliyi altında fəaliyyət göstərməkdən şərəf duyuram. Çünki hər ikisi bizim xalqımızın mənəviyyat simvollarıdır. 60 yaş da normal yaşdır. Nə qədər ki, canımızda can var, xidmətdəyik. Çünki mənim təbiətim budur. Mən hələ uşaq vaxtından, orta məktəbdə oxuyanda — Allah dünyadan köçənlərinizə rəhmət eləsin — rəhmətlik atam məktəb direktoru, tarix müəllimi idi, Ulu Öndərin ağ-qara şəkli var idi, onu evimizdən asmışdıq. Biz o ruhda böyümüşük. Öz övladlarımı da elə böyüdürəm. Övladlarım da Vətən naminə Heydər Əliyevə xidmət edəcəklər. Bundan da məmnunuq.

- Övladlarınızdan atalarının diplomatiya yolunu seçənlər varmı?
- Gec ailə qurmuşam. Övladlarım çox balacadırlar. Oğlanlardan birinin 13, digərinin 14 yaşı var. Qızımın da sabah 9 yaşı olacaq… Sizə deyim ki, diplomat işləmək, ölkə rəhbərinə, Vətəninə xidmət eləmək çox şərəfli bir işdir. Doğrudur, digər sahələrdə olan kimi, diplomatiyada da əl-ayağına dolaşanlar çox olur. Amma yenə şərəf duyursan ki, sən xidmətdəsən.
- Bildiyimə görə, diplomatiya yolunuz Sankt-Peterburqdakı baş konsulluğumuzdan başlayıb.
- Tamamilə doğrudur.
- Daha sonra isə Avropa dönəmi başladı. Təsəvvür edirəm ki, torpaqlarımızın işğal altında olduğu illərdə diplomatlarla, digər ranqlı rəsmilərlə görüşlərdə hansı hisslər keçirmisiniz, sizə münasibət necə olub və indiki münasibəti də təxmin edirəm: yerdən-göyə qədər. Elə deyilmi?

- Yerdən-göyə qədər! Mən elə-belə, söz xatirinə demədim. Rumıniya böyük bir ölkədir, ərazisi Azərbaycandan üç dəfə böyük, Avropa İttifaqının, NATO-nun üzvü olan, 22 milyonluq əhalisi olan, NATO bazalarından birinin yerləşdiyi çox mürəkkəb siyasi adət-ənənəsi olan bir ölkədir. Xalqın özü də yaxşı bir xalqdır, dərin mədəniyyətə sahibdir. Həm də dinə çox bağlıdırlar. Dinə bağlılıq çox yaxşı bir amildir, amma klassik dinə bağlılıq, əyri-üyrü olmamaq üçün… Mən belə bir ölkədə xidmət edirəm. Bu ölkənin siyasi liderləri, senatorları, deputatları hər görüşəndə bizim prezidentimizdən danışırlar. Bu ölkədə də baş nazir, prezident yeni seçildi. Rumıniyaya da səfərlər nəzərdə tutulur. Həmçinin Rumıniyadan da daim Azərbaycana səfərlər olur və yüksək səviyyəli səfərlər planlaşdırılır. Qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər, inşallah, planda var.
- Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir və ölkəmizin dostları sırasındadır…
- Tamamilə doğrudur. Türkiyədən sonra onlar tanıyıblar, Avropa İttifaqı ölkəsi olaraq. Bəli, onların bizə xüsusi münasibəti var.
- Qüdsi bəy, Qərbi Azərbaycandansınız, Ləmbəli bölgəsindən. Doğum gününüzdə yəqin ki, o yurd yerləri də xəyalınızdan keçir. Vətəndaş cəmiyyətinin təmsilçiləri bu günlərdə Qərbi Azərbaycana — Ermənistana növbəti dəfə səfər etdilər. Sizin necə, doğma yurdları ziyarət etmək istəyiniz varmı?
- Mən tarix müəlliminin oğlu olaraq, özüm də tarixlə mükəmməl məşğulam. Türk tarixini Çin, Hindistan mənbəsindən tutmuş oxuyuram, maraqlanıram, təmaslarımda da danışıram. Biz Azərbaycan türkləriyik, İrəvan xanının əqrəbalarıyıq. Əlbəttə, qəlbimiz həm də o tarixi yaxşı bildiyimizdən dolayı döyünür. O Ləmbəli dediyinizdə olan, oranı yaradan üç nəsildən biri bizim nəsildir. Bizim nəsil Qaraosmanlılardır. Bizə Qaraosmanlılar deyərlər. Sovet dövləti qurulanda, 1927-ci ilə kimi qırıb qurtarıblar. Qaraosmanlılardan kimlər ki vuruşub, sağ qalanlar Türkiyəyə qaçıb. Sonra arvad-uşağı həbsxanadan xilas etmək, onların namusunu qorumaq üçün yenidən geri qayıdıblar, o zaman o döyüşçülərin çoxunu qırıb qurtarıblar. Soyadımızı da Osmanov yazıblar, amma nəslimiz Qaraosmanlılardır. Ləmbəlidə bizim böyük qəbristanlığımız var. Mən o kənddə doğulub, böyümüşəm, oxumuşam, orta məktəbi əlaçı bitirmişəm, 18 ilim ora ilə bağlıdır. Mən də o günü gözləyirəm. Münasibətlərin istiləşməsinə sevinənlərdən biri də mənəm. Prezidentimiz bilir nə edir, biz ona həmişə inanmışıq, inanırıq da. İnşallah qonşu ilə münasibətlər normallaşsa, bu yaxşı haldır. İnşallah zaman olar, gedərik.
- Borçalıdan, Sadaxlı tərəflərdən sizin kənd tərəfə baxmaq imkanım olub. Çayın o tayına…
- Hə. Çox böyük kənd idi. Debet çayıdır o çay. Uşaqlıqda mən o çayda çimərdim. Zamanında oralarda toponimlərin hamısı Azərbaycan türkcəsində olub, 60–70-ci illərdə dəyişiblər. Nənələr, babalar danışırdılar ki, dağların ətəyində filankəslər elə vuruşdu, belə vuruşdu, 1905-də, 1915-ci ildə ermənilərlə belə döyüşdülər…
- İnşallah, bir gün doğma Ləmbəli səfərinizlə bağlı təəssüratlarınızı bölüşmək arzusu ilə. Bir daha təbrik edir, sağlam ömür, diplomatik fəaliyyətinizdə və şəxsi işlərinizdə uğurlar arzulayırıq, Qüdsi bəy!
- Təşəkkür edirəm.
- Yekunda ürək sözləriniz, Vətənə ismarıcınız varsa, buyurun.
- Ali Baş Komandanımız sağ olsun, var olsun. Xalqımız onda firavan yaşayacaq, təhlükəsiz olacaq, hər şey ondan asılıdır, biz onu yaxşı görürük. Uşaq deyiləm. Təsəvvür edin ki, mən 40 ildir bu meydandayam, özümü tanıyandan, 90-cı illərdən keçmiş, Sankt-Peterburqdan, Moskvadan. Nələr görmüşəm, nələr… Tam varlığımla, həyatımda topladığım təcrübənin nəticəsi olaraq deyirəm ki, Prezidentimizi Allah saxlasın. Biz onda ölkə olaraq, xalq olaraq qalacağıq və inkişaf edəcəyik. Biz qoçaq, həm də çox mürəkkəb xalqıq. Nə qədər qoçaqlığımız varsa, bir o qədər də mürəkkəbliyimiz var. Bunu da mən sizə deyirəm, çünki Rusiyada çoxsaylı azərbaycanlılarla işləmişəm, xasiyyətlərini yaxşı bilirəm. (Gülür) İndi də işləyirik. Doğrudur, əl-ayağımıza yenə də dolaşanlar çox olur. Amma bu da təbiidir, bu da reallıqdır.
Elşad Paşasoy,
musavat.com
P.S. Mia.az-ın kollektivi Qüdsi Osmanovu 60 illik yubiley yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayır!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO
Bugün, 18:09 ŞOU-BİZNES
-
771 minlik qalmaqal - İradə Aşumova ilə tələbəsi Baş İdarənin sabiq rəisinin məhkəməsinə məcburi gətirildi
Bugün, 18:04 KRİMİNAL
-
Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub
Bugün, 17:47 SİYASƏT
-
Onların maaşı artdı - Baş nazirdən qərar
Bugün, 17:40 İQTİSADİYYAT
-
Emin Ağalarova 55,08 hektar su fondu torpaq sahəsi ayrıldı - Əli Əsədov qərar verdi
Bugün, 17:32 CƏMİYYƏT
-
Tahir Budaqovla bağlı daha bir qərar verildi
Bugün, 17:27 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi - FOTOLAR
Bugün, 17:17 CƏMİYYƏT
-
Pakistan rəsmiləri Tehrana gedir – İran XİN açıqladı
Bugün, 17:05 DÜNYA
-
Həbsdə olan keçmiş partiya sədri yeni vəkillə müqavilə imzaladı
Bugün, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dövlət Agentliyinə yeni rəis təyin edilib
Bugün, 16:59 GÜNDƏM
-
Regional Təhsil İdarələrində müavin təyinatları oldu
Bugün, 16:54 CƏMİYYƏT
-
Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?
Bugün, 16:41 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə dəyişdi - Prezident təsdiqlədi
Bugün, 16:30 GÜNDƏM
-
Paşinyan Azərbaycandan alınan neftdən danışdı: "Niyə 8 il?"
Bugün, 16:13 SİYASƏT
-
RUSİYA GERİ ÇƏKİLDİ - Azərbaycana kompensasiya ödəniləcək
Bugün, 16:02 GÜNDƏM
-
Türkiyədə daha bir liseyə silahlı hücum olunub - 4 şagird ölüb, 20 yaralı var (Yenilənib)
Bugün, 15:56 GÜNDƏM
-
DİM yeni imtahanlar barədə açıqlama yaydı
Bugün, 15:42 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Bugün, 15:28 GÜNDƏM
-
Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bugün, 15:18 SİYASƏT
-
"Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağıdır"
Bugün, 15:12 SİYASƏT
-
İran gəmiləri Hörmüz boğazından keçib
Bugün, 15:01 GÜNDƏM
-
Mərkəzi Bank bu şirkətləri cərimələdi
Bugün, 14:45 İQTİSADİYYAT
-
"Müddəti bitmiş məhsul vitrində saxlanılıb - "Tamstore"dan şikayət + AÇIQLAMA
Bugün, 14:35 İQTİSADİYYAT
-
General tanınmış idmançının rütbəsini artırıb
Bugün, 14:25 CƏMİYYƏT
-
ƏRDOĞAN NETANYAHUYA SƏRT CAVAB VERDİ: “Heç kimsə bizə barmaq silkələyə bilməz” – “Biz dağları dələn dövlətik”
Bugün, 14:12 GÜNDƏM
-
"Rabitəbank" 3 ayda 5 milyon manat qazandı
Bugün, 13:49 İQTİSADİYYAT
-
"Ağızlarına nə gəldi danışırlar" - Siyavuş Kərimi + VİDEO
Bugün, 13:24 MƏDƏNİYYƏT
-
Yağış və qar yağacaq - Sabahın hava proqnozi
Bugün, 13:16 GÜNDƏM
-
Türkiyəli nazir: “Hörmüz boğazında qalan 8 gəmimizi çıxarmağa çalışırıq”
Bugün, 13:03 İQTİSADİYYAT
-
İTV-də baş direktor seçkisi... - Vaxt uzadıldı
Bugün, 12:48 PRESS
-
Pezeşkian: “Heç bir qüvvə İranı təslim olmağa məcbur edə bilməz”
Bugün, 12:48 GÜNDƏM
-
Həqiqət İsabalayeva mətbuat katibi təyin olunub
Bugün, 12:32 PRESS
-
Yeni sədr iki idarə rəisini vəzifədən çıxardı - Mətbuat katibi isə...
Bugün, 12:19 GÜNDƏM