TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi

img

17-02-2026 [12:36]


Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifədən çıxarılıb.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, xəstəxananın direktoru Samir Namazov TƏBİB rəhbərliyinin müvafiq əmiri ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki S.Namazov bu vəzifəyə 2025-ci ildə təyin edilib. S.Namazov direktor vəzifəsindən öncə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, dünən Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

Yeni sədr əvəzi ilk açıqlamasında belə dəyişiklik anonsu vermişdi: "Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA