Mətbuat Şurası qəzet yayımı məsələsi ilə bağlı komissiya yaradır

img

28-11-2013 [22:42]



Noyabrın 29-da Mətbuat Şurasının İdarə Heyəti jurnalistlərin prezident İlham Əliyevlə görüşündə qaldırılan məsələlərin araşdırılması və həllinə yönəlmiş iclas keçirəcək.

Şuranın sədri Əflatun Amaşov "Media forum” saytına deyib ki, iclasda İdarə Heyəti üzvlərindən ibarət komissiya yaradılacaq: "Komissiyanın əsas işlərindən biri Bakıdakı qəzet köşklərinin vəziyyəti ilə bağlı monitorinq aparmaq olacaq. Bilinməlidir ki, köşklər Bakı sakinlərinə nə dərəcədə çatır, alıcıların köşklərlə əlaqəsi necədir, köşklərdə satışın vəziyyəti nə yerdədir. Metroda yayım məsələsi, mətbuat orqanları üçün önəmli olan reklam problemləri də müzakirə olunacaq. Əsasən də rəsmi qurumların reklam və elanlarının verilməsi problemi araşdırılacaq”.


Əflatun Amaşovun sözlərinə görə, araşdırmalar bitdikdən sonra nəticələr ümumiləşdiriləcək və Mətbuat Şurası prezidentə təkliflər göndərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA