ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR

img

17-02-2026 [14:28]


“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun xidməti avtomobillə sərxoş halda qəza törətməsi ilə bağlı iddialar yayılıb. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə nəticəsində avtomobilə ziyan dəydiyi, işıq dirəyinin aşdığı bildirilir. 

Məsələ ilə bağlı ADY-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq belə bir qəzanın baş verdiyi təsdiqləndi və faktla bağlı araşdırma aparıldığı əlavə edildi: “Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qəza törətməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfil it çıxması olub.

Belə ki, Tərlan Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb”.

ADY-dən, həmçinin bildirilib ki, hadisə barədə aidiyyəti üzrə məlumat verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA