Okan Buruk Fatih Terimin bəyəndiyi oyunçuya qapını göstərdi

img

08-08-2023 [00:06]


"Qalatasaray" daha bir futbolçunu satışa çıxarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vaxtilə Fatih Terimin israrla "Alanyaspor"dan 4 milyon avroya satın aldırdığı Türkiyə millisinin üzvü  Berkan Kutlu hazırkı baş məşqçi Okan Buruikun "qəlbini fəth "edə bilməyib.

Məlumata görə, Fatih Terim dövrünün favoritlərindən olan Berkan Kutluya "özünə komanda tap" xəbərdarlığı olunub.

 Türkiyənin "Fanatik" qəzeti yazır ki, "Qalatasaray" ona 5 milyon avro qiymət qoyub.

Onu da qeyd edək ki, Berkan Kutlu karyerası ərzində "Qalatasaray"da ümumilikdə 78 oyuna çıxıb. Milli futbolçu bu görüşlərdə 1 qol və 5 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq