Azarkeşlərin fitə basdığı türk futbolçu danışdı: "Vecimə deyil"

img

11-08-2023 [12:09]


"Fənərbağça”nın “Maribor”unu 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada tez-tez top itirən İrfan Can Qəhvəçi azarkeşlər tərəfindən fitə basılmasından danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, azarkeşləri ona qarşı "tətikləyənlərin" olduğuna işarə vurub və deyib ki, oyun bitməmiş belə etirazlar olmamalıdır: "Mövsümün əvvəlindəyik. Bu etirazları kimi təşkil edirsə, etsin, ancaq matç bitməmiş etiraz olmamalıdır. Mən əsas mənə güvənnləri bilir, tanıyıram. Narahat olmayın, İsmail hoca ilə yaxşı tempi tutmuşuq. Əsas odur, mövsümün sonunda azarkeşlərimizin həsrətində olduğu uğuru əldə edəcəyik. Azarkeşlərin etirazı vecimə deyil. Əsas komandanın qalib gəlməsidir. Statistikaya da əhəmiyyət vermirəm. Dediyim kimi, mənim üçün yalnız "Fənərbağça"nın çempionluğudur".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR