Sabiq nazirlə jurnalist canlı yayımda əlbəyaxa oldu - Olaya əsgərlər müdaxilə elədi (VİDEO)

img

21-07-2023 [17:20]


Livanda jurnalistlə keçmiş nazir arasında canlı yayımda mübahisə əlbəyaxa davaya çevrilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxt Beyrutda yerləşən “MTV” televiziyasında yayımlanan “Vaxtı gəldi” siyasi diskussiya proqramında Livanın təcrübəli jurnalistlərindən olan Simon Abu Fadel və keçmiş ətraf mühit naziri Viham Vahab qonaq qismində iştirak ediblər.

Canlı yayımlanan verilişdə əvvəlcə bir-biri ilə mübahisə edən Fadel və Vahab daha sonra moderatorun bütün müdaxilələrinə baxmayaraq bir-birini dinləməyərək təhqir etməyə başlayıblar. 

Sabiq nazirin jurnalistə qələm atmasından sonra mübahisə qısa zamanda yumruq davasına çevrilib.

Studiyadakı təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq, dava televiziyadan kənarda da davam edib. 

Məlumata görə, ərəfləri ərazidə olan əsgərlər ayırıb.

Tahir Şəlvəli

MİA.AZ

 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq