İranla Səudiyyə arasında “mini yubka” söhbəti
15-06-2023 [18:00]
Elbəyi Həsənli,
Sürix
***
İran-Səudiyyə Ərəbistanı münasibətləri son dərəcə ziddiyyətli xarakter daşıyır. Bunu əks etdirən bəzi faktlara nəzər salacağıq. Səudiyyə Ərəbistanının qurucu kralı Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud (1932-1953) Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını quran Rza şah Pəhləvi 1925-ci ildə münasibət qurdular.
O vaxt Səudiyyə Ərəbistanı indiki sərhədlər daxilində deyildi. Ancaq əs-Səud onda da hökm edirdi. İki yeni monarxiya arasındakı münasibətlər xoşagəlməz bir olayla başladı: 1925-ci ildə Səudiyyə Ərəbistanında şiələrin məzarlarının qismən dağıdılması İranda ciddi etirazla qarşılandı. Növbəti illərdə İran zəvvarlarının Səudiyyəyə girişinə qadağa qoyuldu. sonrakı illər. İlkin uğursuzluğa baxmayaraq 1929-cu ildə iki ölkə arasında dostluq müqaviləsi imzaladı, rəsmi diplomatik əlaqələr quruldu. Bu məqalədə sözügedən ziddiyyətli münasibətlərin anatomiyasına nəzər salacağıq. Bəzi tarixi faktlara yenidən diqqət edəcəyik.
464 iranlının qətli
2015-ci ildə Yəməndə vəziyyət nəzarətdən çıxdı. Səudiyyə Ərəbistanı prosesə müdaxilə etdi. Bununla bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi belə bir bəyanat verdi: “Səudiyyə Ərəbistanının Yəmən və onun günahsız insanlarına təcavüzü bir səhv idi, bu, beynəlxalq məhkəmələrdə araşdırılası bir cinayət və genosid aktıdır”.
Bu sırada tacını yenicə başına qoyan Kral Salman ABŞ-dan “İranın fitnəsinin qarşısını almaq üçün” kömək istədi. Elə həmin il həcc ziyarəti zamanı qırğın baş verdi. Səudiyyə Ərəbistanında azı 464 iranlı zəvvar qətl edildi.
İranla Səudiyyə arasında “mini yubka” söhbəti
İranı şahı Məhəmməd Rza Pəhləvi (1941-1979) Səudiyyə Ərəbistanının kralı (1964-1975) Feysəl ibn Əbdüləziz Əl Səudə dəfələrlə məktub göndərib. Şah krala təklif edib ki, çağdaş dünyadan geridə qalan Səudiyyə Ərəbistanında ciddi islahatlar keçirsin. Həmin məktublardan biri isə xüsusi ilə maraqlıdır və həmin məktub bütün dünyada geniş rezonans doğurmuşdur. Məktubda deyilirdi: “Qardaşım, xahiş edirəm, ölkəni modernləşdir. Ölkənizi bütün dünyaya açın. Məktəblərdə qarışıq şəkildə oğlanlarla qızlar birlikdə təhsil alsın. İcazə verin, qadınlar mini ətək geyinsinlər. Diskotekalar açın. Müasir olun. Yoxsa sizin taxtında qalacağınıza zəmanət verə bilmərəm”.
Kral bu məktuba tarixi cavab verib: “Əlahəzrət, məsləhətinizə görə minnətdaram. İcazənizlə yadınıza salım ki, siz Fransanın şahı deyilsiz. Oturduğunuz yer də Yelisey sarayı deyil. Siz İranda yaşayırsız. Sizin əhalinizin 90% müsəlmanlar təşkil edir. Xahiş edirəm bunu unutmayən”.
Maraqlıdır ki, bu əhvalatı Səudiyyə şahzadəsi Bandar bin Sultan Amerika prezidenti Corc Volker Buşa (oğul Buş.2001-2009) bu əhvalatı anekdot kimi danışıb...
“İran adlı ilanın başını əzin”
2003-cü ildə İraq ABŞ tərəfindən işğal edildi. Səudiyyə-İran münasibətlərində ciddi problem yarandı.
Tehranın şübhəli nüvə proqramı, Bağdad və Beyruta İranın təsiri ilə bağlı narahatlıqlar əl-Riyadı hərəkətə keçməyə vadar edirdi.
2007-ci ildə Mahmud Əhmədinejad İran İslam Respublikasının 6-cı prezidenti (2005-2013) seçildi. O, 2007-ci ildə Səudiyyə Ərəbistanına səfər etdi. Səfər zamanı Birləşmiş Ərəb Əmirliklərinin iddia etdiyi adaların İrana məxsus olmasını bir daha vurğuladı.
2008-ci ildə Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi Abdullah bin Əbdüləziz Əl Səud (2005 – 2015) ABŞ-ın İraqdakı səfiri Rayan Kroker və general David Petreusuna deyir ki, “İran adlı ilanın başını əzmək” lazımdır. Bunun üçün Amerika hərbi müdaxiləyə baslamalıdır.
“Onlar müsəlmandır”. “Yox, onlar ərəbdir”
İranın xarici işlər naziri (2005-2010) Manuçehr Mottaki ilə Abdullah bin Əbdüləziz Əl Səudun söhbət isə tarixi həqiqətin etirafı baxımından xüsusi önəm kəsb edir. Kral nazirə deyir ki, İran ərəblərin işinə qarşıdır. Buna cavab olaraq nazir söyləyir ki, ərəblər də müsəlmandır. Yəni biz müsəlman olduğumuza görə müsəlmanların işinə qarışa bilərik. Kral qəti etiraz edir: “Yox, onlar ərəbdir. Persiyalılar ərəblərin daxili məsələlərinə müdaxilə edə bilməz. Bu, onların işi deyil”.
İranla Səudiyyə Ərəbistanı arasında demokratiya davası
2010-cu ildə Yəməndə daha bir böhran yaşanarkən İranın xarici işlər naziri Vilayəti belə bir fikir səsləndirdi: “İranın köməyi ilə Husilər Yəməndə Livanın Hizbullahına çevrilməlidir”.
(Husilər və ya Ənsarullah Yəməndə yaşayan Zeydi şiələr tərəfindən qurulmuş hərəkatdır) O vaxt prezident Mahmud Əhmədinejad Səudiyyə Ərəbistanını sərt tənqid etdi. Dedi ki, bir böyük qardaş kimi Səudiyyə Ərəbistanının Yəməndəki proseslərə vasitəçilik edəcəyi gözlənilirdi. Gözlənilirdi ki, Səudiyyə Yəməndəki müsəlmanlara sülh gətirəcək. Ancaq Səudiyyə Ərəbistanı mülki əhaliyə hərbi zərbələr endirdi və onların başına bombalar yağdırdı.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl buna cavab olaraq Yəmən hadisələrinə görə İranı ittiham etdi. Həmin vaxtı ərəfblərlə farslar arasında yeni qalmaqal yaşandı. Ərəblər daha çox Fars Körfəzi kimi tanınan ərazini Ərəb körfəzi elan etdilər...
Mahmud Əhmədinejadın bu bəyanatı isə gərginliyi daha da artırdı: “Yaxın Şərqdə elə ölkələr var ki, indiyə qədər bir seçki belə keçirməyib, qadınların maşın sürməsinə icazə verməyib, buna baxmayaraq ABŞ və Avropa hökumətləri belə ölkələrin qeyri-demokratik yolla formalaşmış hökumətinə dəstək verirlər”,
2011-ci ildə həm ABŞ, həm də Səudiyyə Ərəbistanı İranı sui-qəsd cəhdində ittiham etdi. Bəyan olundu ki, İran Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adel əl-Cübeyri öldürmək istəyirmiş.
İran Səudiyyə Ərəbistanına islam inqilabını ixrac edir?
İran İnqilab keşikçiləri Ordusunun (SEPAH) komandanı general-mayor Muhammad Ali Jafari Səudiyyə Ərəbistanını hədələyirdi: “İslam inqilabı yaxşı sürət alıb və irəliləyir, buna nümunə kimi inqilabın getdikcə artan ixracatıdır. Bu gün təkcə Fələstin və Livandeyil, həm də İraq və Suriya İran İslam İnqilabının təsiri altındadır. İnqilabın ixracı yeni bir səhifə açıb”.
Ali Milli Təhlükəsizlik Şurasının sədri Ali Şamxani İran parlamentində çıxışında bir az da irəli getdi: “Yəmənin paytaxtı Sənanın süqutu ilə şiə Husi milislərinin nəzarətinə keçdi. Beləliklə dörd ərəb ölkəsinin paytaxtı bu gün İranın əlindədir. Onlar İran İslam inqilabına mənsubdur. Yəmən inqilabı yalnız Yəmənlə məhdudlaşmayacaq. Yəmənin uğurları sonra Səudiyyə ərazilərinə də yayılacaq. Yəmənlə Səudiyyə arasındakı geniş sərhədlər İran İslam İnqilabının Səudiyyə torpaqlarının dərinliklərinə çatmasını sürətləndirməyə kömək edəcək”.
Xomeyninin Səudiyyə ilə bağlı vəsiyyəti
İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu, seyid Ayətullah əl-üzma Ruhullah Mustafavi Musəvi Xomeyninin (1979-1989) Səudiyyə Ərəbistanı ilə bağlı vəsiyyətində belə deyilir: “Müsəlmanlar zalımları, o cümlədən Səudiyyənin kral ailəsini lənətləməli və onlarla mübarizə aparmalıdır. Onlar Allahın əzəmətli ziyarətgahlarına xəyanət ediblər, onlara Allahın lənəti olsun, onların üzərinə Allahın peyğəmbərlərinin və mələklərinin lənəti olsun. Kral Fəhd xalqın var-dövlətinin böyük bir hissəsini hər il Qurana zidd olan, tamamilə əsasız və batil Vəhhabi inancını yaymaq üçün istifadə edir. Kral islamdan və əziz Qurandan sui-istifadə edir. Bu xainə Allah lənət etsin”.
İranla Səudiyyə arasında bal ayı nə qədər çəkəcək?
Hazırda Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər nəzərəçarpacaq dərəcədə istiləşib. Ancaq bu istiləşmə nə qədər davam edəcək? Konkret nəsə demək çətindir. Dəqiq bəlli olan odur ki, bu ölkələr arasında ideoloji ziddiyyətlər var. Və bu, son dərəcə dərindir. Belə ki, hər iki ölkə islam ideologiyasına söykənir. Biri sünniliyin ən radikal qanadı olan Vəhhabiliyə, digəri isə şiəliyin Cəfərilik məzhəbinə istinad edir. Hər iki ölkə siyasi maraqları naminə sünnilərlə şiələri üz-üzə qoymaqdan belə çəkinmir.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL