"Hollivud Vampirləri" qrupu İstanbula gəlib - FOTO

img

10-06-2023 [00:31]


Conni Deppin də yer aldığı "Hollivud Vampirləri" qrupu konsert vermək üçün İstanbula gəlib. 

Mia.az xəbər verir ki, bu gün pərəstişkarlarını qarşılayacaq Conni Depp və qrupun digər üzvlərini daşıyan və Rumıniyanın paytaxtı Buxarestdən yola düşən şəxsi təyyarə saat 16.00-da İstanbul Hava Limanına enib.

Depp və dostları İstanbul Hava Limanı Baş Aviasiya Terminalından yola düşüblər. 

Jurnalistlər hava limanını tərk etməzdən əvvəl ona “xoş gəldin, nəsə demək istəyirsən?” deyə soruşublar. 

Depp türkcə “Sağ olun” cavabını verib.

Xatırladaq ki, Conni Depp, Alice Kuper və Co Perridən ibarət "Hollivud Vampirləri" qrupu əvvəlki mesajlarında konsertdən əldə olunan bütün gəliri zəlzələ qurbanlarının yardım edəcəklərini açıqlayıblar.

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA