"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb

img

09-06-2023 [18:01]


"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb.

Paytaxt təmsilçisindən Mia.az-a verilən məlumata görə, "dənizçilər" Maksim Çex ilə yollarını ayırmaq barədə qərar qəbul edib.

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, "Səbail" daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA