Atiba Hatçinson aktiv futbolla vidalaşdı - Kanadalı futbolçu vida mərasimində ağladı (FOTO)

img

07-06-2023 [00:49]


"Beşiktaş"da çıxış edən 40 yaşlı kanadalı Atiba Hatçinson aktiv futbol karyerasını nöqtələyir.

Mia.az NTVspor-a istinadla xəbər verir ki, "Beşiktaş" klubu bu gün Atiba Hatçinson ilə Beşiktaş Nevzat Dəmir bazasında vida mərasimi keçirib. 

Vida mərasimində çıxış edən futbolçu gözyaşını saxlaya bilməyib: "Hər kəsə təşəkkür edirəm. Burada 10 ildir oynayıram. Burada hamıdan çox sevgi gördüm. Burada həmişə evimdəki kimi hiss etmişəm. Şenol Günəş mənə hər zaman dəstək olub, buna görə ona çox təşəkkür edirəm. On il ərzində yaşadığım hər şey gözəl idi. İndi mən vidalaşmalıyam. Bura gözəl yerdir.  Dostlarımla üç dəfə çempion olduq. Məni irəliyə aparan qüvvə olan dostlarım həmişə olub. Dostlarıma mənə verdikləri hər şeyə görə minnətdaram. Həmişə meydanda varımı verməyə çalışmışam...”.

Fərid

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq