Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-05-2023 [00:08]
Qoç - rahat və uyğun gündür. Qısamüddətli səfərlər işdə irəliləyişə yardım edər. Gərgin situasiyalar arxada qalıb. Yaxın ətrafınızdakı insanlarla təmasda olun, onların istək və tələblərini anlayın. Bilavasitə əlaqələrə üstünlük verin. Yazışmalarda istəklərinizi konkret izhar edin. Tədris, təlim, biliklərin artırılması ilə bağlı planların gerçəkləşdirilməsi üçün əlverişli vaxtdır. Yaxşı çalışın, məhsuldar fəaliyyətlə məşğul olun. Çətin problemləri alınan yeni məlumatın sayəsində həll etmək olar.
Buğa - xərclər və məsrəflər arta bilər. Alınması gərəkən əşyalar var. Yaxın ətrafdakı insanlar sizə yardım, məsləhət verə bilər. Yaxın vaxtlarda yaranacaq tanışlıqlardan faydalanın. Həyatınızı asanlaşdıracaq layihələrlə məşğul olun. Uzun müddətdən bəri reallaşdırmağa çalışdığınız planların həyata keçirilməsi üçün əlverişli vaxtdır. Nikbin olun, qarşınıza konkret və yeni məqsədlər qoyun. Aktiv davranın. Axşam saatlarında yaxşı istirahət edin.
Əkizlər - işlər və yaşam üçün əlverişli vaxtdır. İnformasiya ilə çalışın, alınan məlumatları təhlil edin, fəaliyyətinizə yeni ideyalar əlavə edin. Təmaslar və əlaqələr çevrəsini genişləndirin. Səfərə çıxmaq, tədbirlərə qatılmaq, sizi maraqlandıran məsələnin həll yollarını aramaq olar. Daha çox iş görməyə çalışın.
Günün ikinci yarısında neytral maraqlar və emosiyaları seçin. Alış-verişdə dəqiq olun. Bədxcərclik etməyin. Səhhətinizə fikir verin. Fiziki iş faydalıdır. Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - yeni fikirlər, ideyalar və təəssüratlara açıq olun. Gələcəyinizdə önəmli rol oynaya biləcək hadisələri diqqətlə izləyin. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın. Mühüm qərarlar qəbul etməyin, gərəkli və məntiqi səviyyədə eqoist olun. Yaxın ətrafınızdakı insanlar anlamalıdır ki, sizin vaxtınız sizin əmlakınızdır.
Günün ikinci yarısı aktiv olun. Gəzintiyə çıxmaq, dostlarla görüşmək, dəvət aldığınız tədbirlərə qatılmaq olar. İnformasiya axını çox güclüdür. Köhnə əlaqələri bərpa edin.
Şir - istirahəti ünsiyyətlə qarışdırmayın. Sizə maraqlı olan insanlarla təmaslarda səmimi və açıq olun. Konkret nəticəyə hesablanmış səmimiyyətin olmasındansa, yoxluğu daha yaxşıdır. Ən maraqlı və sizə sərfəli ola biləcək hadisəni qaçırmamaq üçün harada olmağınız gərəkdiyini araşdırın. Dostlar maraqlı informasiya, mühüm məlumat mənbəyi olacaqlar. Onlar yarımçıq qalmış işlər və təxirə salınmış planları da xatırladacaqlar. Bir çox məqamlar anlaşılır. Problemlərin həll yollarını intuitiv olaraq tapmağa, niyyətlərinizi reallaşdırmağa can atın.
Şərtlərin axarı və məzmunu yaşamınıza gərəkli yardımı cəlb edəcək.
Qız - aktiv və gərgin iş rejiminə fiziki, habelə mənəvi cəhətdən hazır olun. İzafi gərginlik yaratmayın. Təlaşlara yol verməyin, işdən həzz alın. Bir qədər aramla çalışın. Günün ikinci yarısını dostlarla keçirə bilərsiniz.
Heç nəyi süni şəkildə mürəkkəbləşdirməyn. Sizin üçün önəmli insanlarla təmaslarda mühüm məqamlardan yayınmayın. Çoxdan bəri diqqətinizi gözləyən insanı xatırlayın.
Tərəzi - təlaşlı, qarışıq və həyacanlı gündür. Xəbərlər və ünsiyyət çox olacaq. Real təmaslarla yanaşı, virtual söhbətlər də az olmayacaq. Diqqətiniz yayınmasın, əks təqdirdə bir neçə faydalı işi görə bilməyəcəksiniz. Təmaslar, əlaqələr və yerdəyişmələri ciddi nəzarətdə saxlayın. Axşam saatlarında dörd divar arasında qalmayın.
Dostlarla görüşün, əylənin, istirahət edin. Yaxud da çoxdan bəri başladığınız işin ilkin mərhələsinin bünövrəsini qoyun. Şəxsi münasibətlər müstəvisində romantik təmaslar üçün yaxşı gündür. Təşəbbüskar olun.
Alış-verişdə pulunuzu diqqətlə xərcləyin.
Əqrəb - aktiv, məhsuldar və parlaq gündür. Fəal ünsiyyətdə olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Hisslər və emosiyaların idarə etdiyi fərd olmayın. İntellektual məşğuliyyətlə yanaşı, fiziki işi də yaddan çıxarmayın. Hadisələrin axarında dönüşə səbəb ola biləcək məlumat alacaqsınız. Sizi narahat edən məsələlərin müzakirəsindən, təhlilindən yayınmayın. Ailə ilə bağlı qayğılar artacaq. Ailə üzvləri sizə daha çox iş tapşıracaqlar. Təsərrüfat işlərinə ciddi diqqət yetirin. Ailənin ehtiyac duyduğu məişət texnikasını almaq olar.
Oxatan - reallaşmalı olan planlar və layihələr sizdən aktiv çalışmaq, gərgin iş tələb edir. Görmək məcburiyyətində olduğunuz işlərə səthi yanaşmayın. Ciddi olun, təmkinli davranın. İşlərin detallarını və təfərrüatlarını sonra başa vurmaq olar. Bu gün görüşlər çox olacaq. Planlar dəfələrlə dəyişdiriləcək. Aldığınız məlumatlara və gələn xəbərlərə diqqətlə yanaşın. Qarşıdakı yeniliklərin ilkin nişanələri, yeni təmayüllər peyda olacaq. Şəxsi münasibətlər müstəvisində maraqlı yenilik ola bilər.
Oğlaq - sürprizlər vəd edən gündür. Yaxşı olayların yaşanması üçün aktiv olmalı, süst davranmamalısınız. Etibar etdiyiniz insanlarla çalışın. İndi sizinlə eyni marağı olan şəxslə işbirliyi münasibdir. Çalışdığınız məkanda, işlərinizdə qayda yaradın. Planlarda yeniliklər etmək olar. Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivlə bağlı planları nəzərdən keçirmək olar. Qarşılıqlı anlaşma üçün indi analitik mübahisələr gərək deyil. Əsas məsələ konkret iş və fəaliyyətdir. Alış-veriş, qonaq qəbul etmək, dəvət aldığınız tədbirə qatılmaq olar.
Dolça - aktiv istirahət, səfər, dostlarla görüş üçün əlverişli vaxtdır. Şəxsi münasibətlərdə tərəfdaşla dialoq çox mühümdür. Bir çox məsələlərlə bağlı razılaşma əldə etmək olar. Münasibətləri arzuladığınız istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, tərif deyin. Ailə üzvləri ilə daha çox vaxt keçirin, yeni və maraqlı işlə məşğul olun.
Səfərə və ya səyahətə yollanmaq olar. Daha yaxşı görünməyə çalışın, xarici görünüşünüzün qeydinə qalın. Yaradıcılıq üçün yaxşı vaxtdır. Yaxın ətrafınızda və ya yaşam arealında dəyişikliklər etmək olar.
Balıqlar - ailə üzvləri ilə bağlı planların və yaxın gələcəkdəki perspektivlərin müzakirəsi üçün əlverişli dövrdür. Münasibətlər normada deyilsə, konkret addımlar atın. Hissləri təzələyin, yeni məqsədləri nəzərdən keçirin. Yaxın ətrafınızda baş verən hadisələrin bəzilərinin sizə birbaşa dəxli olmaya bilər. Lakin yeni mövzuya başlamaq, sosial pillədə irəliləməyə imkan verən məqamı əldən verməyin. Cari problemləri və sualları həll edərkən təkbaşına qalmayın. Baş verənləri problemi yaxşı bilən insanla müzakirə edin.
Milli.Az
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb