Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"

img

03-05-2024 [17:49]


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dünən CHP lideri Özgür Özəllə 1 saat 35 dəqiqə çəkən görüşü haqda danışıb.

Ərdoğan bildirib ki, bu göüşə böyük ehtiyac olub: "Onun belə bir ziyarəti gerçəkləşdirməsi iqtidarla ana müxalifət arasında müsbət bir hadisədir. Təəssüf ki, əvvəlki proseslərdə heç bir addım atılmadı. Atılan addımlarla görürük ki, ölkəmizdə siyasət çox daha yumşaq bir dövrə girdi. Mən də hörmətli Özgürə belə bir ziyarətin qarşılığını ilk fürsətdə verəcəyəm. Türk siyasətinin buna ehtiyacı olduğunu söylədim. Türkiyədə siyasətin yumşalma prosesinə başlamamızı istəyirəm. Biz də bu addımı atacağıq".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq