Təbiətdə daha bir möcüzə: oranqutan meymunu yeni dərmanın kəşfinə yol açıb (FOTO)

img

03-05-2024 [11:27]


Elm adamları bir oranqutan meymununun tropik bitkidən əldə etdiyi dərmanla yarasını müalicə etdiyini kəşf ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, heyvanların vəhşi təbiətdə öz xəstəliklərini müalicəsi ilə bağlı ilk hal kimi sənədləşdirilib.

Alimlər oranqutanın Cənub-Şərqi Asiyada bir bitkinin yarpaqlarını yığıb bir müddət çeynədiyini, daha sonra isə onu üz nahiyəsində olan böyük yaraya məlhəm kimi yaxdığını müşahidə ediblər: "Bundan sonra vəziyyət nəzarətə alınıb. 4-5 günlük prosedurdan sonra meymunun sağ yanağındakı böyük yara sürətlə sağalmağa başlayıb".

Məlumata görə, hazırda alimlər həmin bitki ilə meymun tüpürcəyinin qarışımının insanlardakı bu cür yaralara necə təsir etməsini araşdırırlar.

Samir MUSAYEV

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR