Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb

img

03-05-2024 [11:16]


Afrika ölkəsi Keniyada 2 həftədir yağan güclü yağışın yaratdığı sel və daşqınlarda ölənlərin sayı artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət bu barədə son məlumatı açıqlayıb.

Bildirilib ki, güclü sel və daşqınlarda həyatını itirənlərin sayı 188-ə çatıb: "Onlardan 37-i uşaqdır. 90 nəfər isə itkin düşüb. Onların cəsədlərini tapmaq hələ mümkün olmayıb. Bundan başqa, 165 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR