YALAN DÜNYA (II yazı)
28-04-2023 [15:38]
Qalib ARİF
***
Bəli, dünyada o qədər əfsanəyə bənzər həqiqət və həqiqətə bənzər əfsanə dolaşır ki, arada sərhəd itir, həqiqətin harda qurtarıb, yalanın, şayiənin harda başlandığını bilmək olmur...
Atatürk sui-qəsdin qurbanı olub?!
Belə bir fərziyyə var ki, Mustafa Kamal Atatürk öz əcəli ilə ölməyib, masonlar tərəfindən qətlə yetirilib. Buna səbəb isə, Atatürkün masonların Türkiyədə olan lojalarını qapadıb fəaliyyətinə son verməsi olub. Sui-qəsd planı da sadə imiş - masonlar öz adamları olan həkimi Atatürkün şəxsi müalicəsinə cəlb ediblər və sonuncu ona yavaş-yavaş zəhər verərək həyatına qəsd edib. Amma bu fərziyyə həmişə şayiə xarakteri daşıyıb və heç zaman ciddi qəbul olunmayıb…
Kennedini kim öldürdü?
Məlum olduğu kimi, Amerikanın keçmiş prezidenti Con Kennedi 1963-cü ildə Dallas şəhərində sui-qəsdin qurbanı olub. Bu olayın MKI rəhbəri Hover və bəzi mafiya qrupları tərəfindən həyata keçirildiyi barədə fərziyyələr var. Həmin vaxt Israilin nüvə silahı vasitəsilə Irana hücum etmək istədiyi, Kennedinin isə bu məsələyə görə Israilə xəbərdarlıq məktubu göndərdiyi deyilir. Israilin baş naziri Levi Eşkola göndərdiyi məktubda Kennedi guya yazırdı ki, nüvə silahı ilə hərəkətə keçəcəkləri təqdirdə Amerika - Israil münasibətləri təhlükəli məcraya girə bilər. Bu sahə üzrə çalışan bəzi israilli mütəxəssislər də iddia edirlər ki, belə bir məktub var və Kennedi Israil hökumətinə təzyiq etdiyi üçün sui-qəsdin qurbanı olub
Özalın həyatı niyə qırıldı?
Türkiyənin 8-ci Prezidenti Turqut Özalın 1993-cü ildə dünyasını dəyişməsi də şayiələrə yol açan hadisələrdəndir. Turqut Özalın həyat yoldaşı Səmra Özalın “Turqut böyük türk birliyini yaratmaq istəyirdi. Bunun qarşısını almaq üçün öldürdülər” deməsindən sonra onun ölümünün bir qətl, sui-qəsd olması barədə söz-söhbətlər də artdı. Daha sonra isə, həyat yoldaşı Turqut Özalın zəhərlənərək öldürüldüyünü iddia etdi. Prokurorluq sözügedən faktı araşdırdıqdan sonra (hətta mərhumun qəbrini açdılar), onun ürək çatışmazlığından dünyasını dəyişdiyi təsdiq olundu. Məlum olduğu kimi, Özala daha öncə - 1988-ci ilin 18 iyun tarixində iştirak etdiyi bir tədbirdə də sui-qəsd cəhdi edilmişdi. Türk xalqı məhz bu səbəbdən bir müddət Özalın öz əcəli ilə ölmədiyinə inanırdı.
Elvis Presli ölüb, ya yox?
1977-ci ildə dünyasını dəyişən əfsanəvi pop ulduzu Elvis Preslinin bir çox pərəstişkarı onun ölümünün uydurma xəbər olduğuna inanır. Onların fikrincə, ulduz deyilən tarixdə yox, 90-cı illərin ortasında dünyasını dəyişib. Məlum olduğu kimi, Elvis Preslidən daha parlaq ulduz olan Maykl Cekson haqqında da belə düşünənlər var. Mərhum ulduzun bəzi pərəstişkarları indi də onun ölümünə inanmır, sağ olduğu haqqında “şirin yalanlar” uydururlar.
Diananı MI6 qətlə yetirib?
Şahzadə Diananın ölümü haqqında da müxtəlif fikirlər var. 1997-ci ilin avqustunda məşum bir avtomobil qəzasında həyatını itirən şahzadənin ölümü barədə gəzən şaiyələrdən biri də sözügedən qəzanın Ingiltərənin gizli orqanı olan MI6 tərəfindən təşkil olunmasıdır. Versiyalara görə, şahzadənin ərəb mənşəli milyarder Dodi əl-Fayedlə artıq mətbuatda yayılan xoşagəlməz münasibətləri kral ailəsini narazı saldığı üçün belə bir qətl planı hazırlanıb.
Səddam Hitlerin oğludur?
Gülməli olsa da, belə bir fərziyyə var, lap Stalinin məşhur səyyah Prejivalskinin oğlu olduğu kimi. Belə çıxır ki, qara camaatın övladı dahi ola bilməz… Şayiələrə görə, Hitlerin sevgilisi 20 aprel, 1937 ci ildə Səddamı dünyaya gətirib. C.Dalesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabda qeyd edilib ki, Hitlerin gənc sevgililərindən biri 1936-cı ildə hamilə olub, amma Hitlerin bundan xəbəri olmayıb. Almaniya məxfi orqanları bu uşağın Hitlerə problem yaradacağını düşünərək onu Livanın paytaxtı Beyruta apararàq orada gizlədiblər. Daha sonra Səddama başqa bir ailə tapılıblar və o, atasından xəbərsiz böyüyüb.
Saxta Pol Makkartni…
Əfsanəvi “Bitlz” (“Beatles”) qrupunun əfsanəvi salisti Pol Makkartni haqqında da müxtəlif şayiələr dolaşır. Onların birinə görə, məşhur müğənni 1966-cı ildə bir avtomobil qəzasında həyatını itirib. Sadəcə olaraq, “Bitlz” qrupunun uğursuzluq zolağına düşməməsi üçün ulduzun ölümü dünyadan gizlədilib və onun yerinə başqa bir adam Pol Makkartni kimi təqdim edilib. Saxta Pol isə qrupun illərlə yaşamasına və populyar qalmasına səbəb olub.
Blok, Şoloxov da olmayıb?!
Bəli, bəli, belə bir fərziyyə var ki, XX əsrin əvvəli, Rus ədəbiyyatında Aleksandr Blok adlı şair də olmayıb. Onu müasiri olan şairlər – Anna Axmatova, Vladimir Mayakovski, Sergey Yesenin və başqaları Sovet hökumətinin sifarişi, Maksim Qorkinin təşkilatçılığı ilə yaradıblar. Sözügedən şairlərin hərəsi Blokun adından bir-iki şer yazıb və şair Aleksandr Blok yaranıb. Yeri gəlmişkən, bu cür rəvayətləri məşhur sovet yazıçısı, Mixail Şoloxov haqqında da danışırlar. Guya, onun da romanlarını tamam başqa yazıçı yazıb, Şoloxov sadəcə olaraq, onun etibarından sui-istifadə edib, bu romanları oğurlayıb…
Putin də əsl Putin deyil…
Bəli, belə bir fərziyyə də var, amma bu barədə xüsusi bir yazı hazırlamaq fikrimiz var…
Ardı olacaq…
MİA.AZ
Sabahın hava proqnozu açıqlandı
Xırdalanda dəhşətli qətl: 35 yaşlı şəxsin küçədə boğazını kəsiblər
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib
Rusiya və Ukrayna 1000 hərbi əsiri dəyişəcək - İstanbulda əsir mübadiləsində anlaşma oldu
Ayağı kəsiləcək deyilən Mert Hakan Yandaşdan açıqlama: "Meydana dönməyi səbrsizliklə gözləyirəm"
İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Babayan, Mnatsakanyan və... - Bakıda növbəti məhkəmə + FOTOLAR
Qayıdış nəğməsi
Makron: "Putinin davranışı qəbuledilməzdir"
Starmer Tiranada: "Ukrayna sülh istəyir, lakin Putin..."
Oleq Bakinski yenə hakim qarşısına çıxarıldı
Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb