Məşhur seksual model həbs olunub: "Məcbur qalıb fahişəlik edirdim..." - FOTO

img

27-04-2023 [00:07]


Avstraliyada yaşayan məşhur model Alexandra Moss həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 27 yaşlı Alexandra Moss narkotik alverinə görə Sidneydə kirayədə qaldığı lüks mənzilində tutulub.

Məlumata görə, polisdə aparılan istintaqda əməllərini etiraf edib.

Dünən isə o, Sidney məhkəməsində hakim qarşısına çıxarılıb. 

Məhkəmədəki ifadəsində model bir çox qanunsuz fəaliyyətlə məşğul olduğunu gizlətməyib.

Moss narkotik aludəçisi olduğunu, Sidneyin kənarında kirayədə qaldığı komfortlu evdə bahalı narkotik maddələrin hazırlanması, satışı və qəbulunun həyata keçirildiyini təsdiqləyib: "Özüm də narkotik istifadəçisiyəm, özü də çox bahalısından. Bəzən bahalı narkotik tələbatımı qarşılamaq üçün fahişəlik edirəm. Buna məcburam, başqa yolum yoxdur. Dediyim kimi, narkotik aslılığım var. Hər gün azı 1000 dollarlıq narkotik almalıyam. Mənim tələbatım bu qədərdir".

Məlumata görə, məhkəmə ona 2 il həbs cəzası verib.

Ləman

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR